Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6305/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh Hüseynağa qızına qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh Hüseynağa qızına qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh Hüseynağa qızı arasında bağlanmış 14 avqust 2019-cu il 102NZMA nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 577,29 (beş yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas, 22,06 (iyirmi iki manat altı qəpik) manat faiz, cəmi 599,35 (beş yüz doxsan doqquz manat otuz beş qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2019-cu il tarixli, 2101NZF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 102NZMA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturisasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 629 (altı yüz iyirmi doqquz) manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********601 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 26 iyul 2023-ci il tarixnə kredit üzrə cəmi borcu 599,35 (beş yüz doxsan doqquz manat otuz beş qəpik) manat təşkil edir. Bundan 577,29 (beş yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas, 22.06 (iyirmi iki manat altı qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh Hüseynağa qızı məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı LPO İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, LPO İddiaçı ASC (Bank) ilə Cavabdeh Hüseynağa qızı (Müştəri) arasında 2101NZF saylı, xx.xx.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi bağanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri “Kredit verən”ə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Kredit alan” kreditdən Bankın “Nizami” filialı ilə imzalanmış xx.xx.2013-cü il tarixli 102 NZMA nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə “Kredit alan”a “Kredit verən” tərəfindən illik faiz dərəcəsi 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti tətbiq edilməklə) verilən kredit başa düşülür. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən kreditin illik faiz dərəcəsini 1 (bir) faizdən, kreditin müddətini isə 60 (altmış) aydan çox olmayan müddətə müəyyənləşdirir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddini 5 (beş) il müddətinə 0,1 faizdən çox olmayaraq müəyyənləşdirir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh Hüseynağa qızı tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2019-xx.xx.2024-cü il tarixlərində cəmi 648,22 manat ödənişin (629 manat əsas məbləğ və 19,22 manat faiz məbləği) həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan **********602 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh LPO İddiaçı ASC-nə 2101NZF saylı müqavilə üzrə 577,29 manat məbləğində əsas, 22,06 manat faiz, 0 manat cərimə, borcu olmaqla, cəmi 599,35 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh Hüseynağa qızına göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh 2101NZF saylı, xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə kreditin verilməsinə dair kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında müəyyən edilmiş əsas məbləğ üzrə ödənişləri və faizləri qaytarmaq öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia ərizəsi təmin edilsin. 2101NZF saylı, xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə kreditin verilməsinə dair kredit müqaviləsi üzrə 577,29 (beş yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas, 22,06 (iyirmi iki manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 599,35 (beş yüz doxsan doqquz manat otuz beş qəpik) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Hüseynağa qızından alınaraq iddiaçı LPO İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-6305/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6305/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver