Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-631/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun və ona hesablanmış faizlərin qaytarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, GTKR3209438A107 saylı kredit müqaviləsinə əsasən, 5519.96 (beş min beş yüz on doqquz manat doxsan altı qəpik) manat əsas, 1583.2 (bir min beş yüz səksən üç manat iyirmi qəpik) manat faiz, cəmi 7103.16 (yeddi min yüz üç manat on altı qəpik), xx.xx.2020-ci il tarixli, BBLK3209441A107 saylı kredit kartına dair müqaviləyə əsasən, 977.14 (doqquz yüz yetmiş yeddi manat on dörd qəpik) manat əsas, 315.25 (üç yüz on beş manat iyirmi beş qəpik) manat faiz, cəmi 1292.39 (bir min iki yüz doxsan iki manat otuz doqquz qəpik) manat pul vəsaitinin və 103.96 (yüz üç manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3209438A107 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 35 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit ayrılmışdır. xx.xx.2020-ci il tarixli, BBLK3209441A107 saylı kredit xətti müqaviləsinə əsasən, 58 ay müddətinə 1700 manat kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixli, GTKR3209438A107 saylı kredit müqaviləsinə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 6805.08 (altı min səkkiz yüz beş manat səkkiz qəpik) manat əsas, gecikmə günü 239 gün olmaqla 2916,73 (iki min doqquz yüz on altı manat yetmiş üç qəpik) manat məbləğində gecikmə; xx.xx.2020-ci il tarixli, BBLK3209441A107 saylı kredit xətti müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 1243.56 (bir min iki yüz qırx üç manat əlli altı qəpik) manat məbləğində ümumi borc, gecikmə günü 225 gün olmaqla 573,58 (beş yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat məbləğində gecikmə yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3209438A107 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz dərəcəsi ilə 35 ay müddətinə 7700 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BBLK3209441A107 saylı kredit xətti müqaviləsinə əsasən, 58 ay müddətinə 1700 manat kredit xətti açılmışdır İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli, GTKR3209438A107 saylı kredit müqaviləsinə əsasən, 5519.96 (beş min beş yüz on doqquz manat doxsan altı qəpik) manat əsas, 1583.2 (bir min beş yüz səksən üç manat iyirmi qəpik) manat faiz, cəmi 7103.16 (yeddi min yüz üç manat on altı qəpik); xx.xx.2020-ci il tarixli, BBLK3209441A107 saylı kredit kartına dair müqaviləyə əsasən, 977.14 (doqquz yüz yetmiş yeddi manat on dörd qəpik) manat əsas, 315.25 (üç yüz on beş manat iyirmi beş qəpik) manat faiz, cəmi 1292.39 (bir min iki yüz doxsan iki manat otuz doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı 31 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən bildirişi aldığı vaxtdan etibarən 5 gün müddətində borcunu İddiaçı ASC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 103.96 (yüz üç manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 103.96 (yüz üç manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı ilə aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3209438A107 saylı kredit müqaviləsinə əsasən, 5519.96 (beş min beş yüz on doqquz manat doxsan altı qəpik) manat əsas, 1583.2 (bir min beş yüz səksən üç manat iyirmi qəpik) manat faiz, cəmi 7103.16 (yeddi min yüz üç manat on altı qəpik), xx.xx.2020-ci il tarixli, BBLK3209441A107 saylı kredit kartına dair müqaviləyə əsasən, 977.14 (doqquz yüz yetmiş yeddi manat on dörd qəpik) manat əsas, 315.25 (üç yüz on beş manat iyirmi beş qəpik) manat faiz, cəmi 1292.39 (bir min iki yüz doxsan iki manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti və 103.96 (yüz üç manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-631/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-631/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver