Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6311/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qeyri-Bank Təşkilatı MMC-nin Cavabdeh1 Şıxəli oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işi məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Qeyri-Bank Təşkilatı MMC-nin Cavabdeh1 Şıxəli oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər X2, X3 və X1 müştərək qaydada əsas borc üzrə 1164.59 AZN, faiz borcuna görə 0.00 AZN,cərimə borcuna görə 0.00 AZN,cəmi 1164.59 (min yüz altmış dörd manat,əlli doqquz qəpik) AZN məbləğində borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəməyə iddiaçının “iddia ərizəsinin qaytarılmasına dair” ərizəsi daxil olduğundan, onun mövcud iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qeyri-Bank Təşkilatı MMC-nin Cavabdeh1 Şıxəli oğluna, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6311/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6311/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver