Məhkəmə qərarları › İş №e-2(011)-6331/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6331/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6331/2025 28.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefon üçün 1187.98 (min yüz əsksən yeddi manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,60 qəpik) manat rüsum, 118.80 (yüz on səkkiz manat, 80 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG GALAXY BUDS3 PRO qulaqlıq üçün 439.92 (dörd yüz otuz doqquz manat, 92 qəpik) manat ödənilməmiş hissə, 43.99 (qırx üç manat, 99 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 4 qulaqlıq üçün, 392.40 (üç yüz doxsan iki manat, 40 qəpik) manat ödənilməmiş hissə, 39.24 (otuz doqquz manat, 24 qəpik) manat cərimə olmaqla, ümumilikdə 2245.93 manat borc, 42.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefon , SAMSUNG GALAXY BUDS3 PRO qulaqlıq, APPLE AİRPODS 4 qulaqlıq almış və nəticədə 2245.93 (iki min iki yüz qırx beş manat, 93 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4672.90 (dörd min altı yüz yetmiş iki manat, 90 qəpik) manat (18 ay x 237.65 manat + 395.20 manat ilkin ödəniş) olan APPLE 20W USB- C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefon üçün ümumilikdə, 1330.38(min üç yüz otuz manat, 38 qəpik) manat olmaqla ondan, 1187.98 (min yüz əsksən yeddi manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 118.80 (yüz on səkkiz manat, 80 qəpik) manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 439.92 (dörd yüz otuz doqquz manat, 92 qəpik) manat (18 ay x 24.44 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG GALAXY BUDS3 PRO qulaqlıq üçün ümumilikdə, 483.91(dörd yüz səksən üç manat, 91 qəpik) manat olmaqla ondan 439.92 (dörd yüz otuz doqquz manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.99 (qırx üç manat, 99 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 413.40 (dörd yüz on üç manat, 40 qəpik) manat (18 ay x 21.80 manat + 21 manat ilkin ödəniş) olan APPLE AİRPODS 4 qulaqlıq üçün ümumilikdə, 431.64 (dörd yüz otuz bir manat, 64 qəpik) manat olmaqla ondan, 392.40 (üç yüz doxsan iki manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.24 (otuz doqquz manat, 24 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3505.92 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2025-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15964587 saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə verir, müştəri isə həmin malı müqavilədə göstərilən şərtlərlə qəbul edir (Müqavilənin 1.1-ci bəndi). APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefon bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Bənd 2.2). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 2.6). Müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunur (Müqavilənin 3.7-ci bəndi). Müqavilənin 3.4-cü maddəsinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu və pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. Müqavilənin 3.14-cü maddəsinə əsasən, alınan bütün mallar üzrə yaranmış borcu toplam borc məbləği hesab olunur. Müştərinin ümumi borc üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə ödənişlər tələb edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, 15964587 nömrəli müqavilə üzrə APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefon Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15964587 saylı müqavilənin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefonun toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 4672.9 manat (18 ay * 237.65 manat + 395.2 manat ilkin ödəniş) təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Əlavənin 2-ci maddəsi). İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müştəri müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün "ABC" tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mallar “ABC”yə sifariş verir, “ABC” həmin malı müqavilədə göstərilən şərtlərlə müştəriyə təqdim edir müştəri isə həmin "Mal'ın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir (Müqavilənin 1.2-ci bəndi). Müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Müqavilənin 3.5-ci bəndi). İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə olan xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, APPLE AİRPODS 4 qulaqlıq faktura ilə Cavabdeh adına hissəvi ödənişlə sənədləşdirilmiş, toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 413.4 manat (18 ay * 21.8 manat + 21 manat ilkin ödəniş) təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə S APPLE AİRPODS 4 qulaqlıq Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə olan xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, SAMSUNG GALAXY BUDS3 PRO qulaqlıq faktura ilə Cavabdeh adına hissəvi ödənişlə sənədləşdirilmiş, toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 439.92 manat (18 ay * 24.44 manat + 0 manat ilkin ödəniş) təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə SAMSUNG GALAXY BUDS3 PRO qulaqlıq Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixili Arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei Kodu **********69317 İPHONE 15 PRO MAX markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 4672.9 manat olan APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefon üçün borcu, 1187.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118.8 manat cərimə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 1330.38 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə alqısatqı qiyməti 439.92 manat olan SAMSUNG GALAXY BUDS3 PRO qulaqlıq üçün borcu, 439.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.99 manat cərimə pulu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 483.91 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 413.4 manat olan APPLE AİRPODS 4 qulaqlıq üçün borcu, 392.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.24 manat cərimə pulu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 431.64 manat təşkil edir. xx.xx.2023-cü, xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən ümumilikdə ödənilməmiş məbləğ 2245.93 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə “borcunu 3 (üç) iş günü ərzində ödəməsi, əks halda məhkəməyə müraciət olunmasına” dair xx.xx.2025-ci il tarixində Xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 42.46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü, xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, alıcı APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********69317 İPHONE 15 PRO MAX markalı telefon, SAMSUNG GALAXY BUDS3 PRO qulaqlıq və APPLE AİRPODS 4 qulaqlıq əldə etmiş, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulu alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 2020.3 manat, cərimə borcu üzrə 202.03 manat, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu olmaqla, ümumilikdə 2245.93 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü, xx.xx.2025-ci, xx.xx.2025-ci tarixli müqavilələrə əsasən, əsas borc üzrə 2020.3 manat, cərimə borcu üzrə 202.03 manat, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu olmaqla, ümumilikdə 2245.93 manat məbləğində borc pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə dövlət rüsumunun işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42.46 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü, xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən əsas borc üzrə 2020.3 manat, cərimə borcu üzrə 202.03 manat, İnnovativ Layihələr Mərkəzi rüsumu üzrə 23.6 manat olmaqla, ümumilikdə 2245 (iki min iki yüz qırx beş) manat 93 (doxsan üç) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar