Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-635/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Əliismayıl oğlunun iştirakı ilə, İddiaçı MMC-nin nümayəndəsinin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 2113,03 (iki min yüz on üç manat 03 qəpik) manat maddi zərər məbləğinin, 41,13 (qırx bir manat 13 qəpik) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 2154,56 (iki min yüz əlli dörd manat, 56 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2024-ci il tarixdə **-JY-*** dövlət qeydiyyat nişanlı avtobus Gəncə prospektində 21 saylı xətt üzrə xidmətdə olan zaman BMW markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı İddiaçı MMC-nin balansında olan **-JY-*** dövlət qeydiyyat nişanlı “BMC- Procity” markalı avtobusa 2113.03 (iki min yüz on üç manat 03 qəpik) manat maddi ziyan dəymişdir. Avtobus sürücü baş vermiş hadisə barədə dərhal DİN-nin 102 xidmətinə və sığorta birosuna məlumat vermişdir. Qəzanın baş verdiyi ərazi üzrə hadisə yerinə Xətai RPİ-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsində araşdırmaya başlanılmışdır. Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən iş üzrə icraata başlanmış və hadisə zamanı BMW markalı 90-VR790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material 29 may 2024 ci il tarixdə CM-nin 128-ci maddəsi ilə Xətai RPİ İstintaq şöbəsinə göndərilmişdir. Beləliklə, aparılmış iptidai istintaq zamanı məlum olmuşdur ki, xx.xx.2024-ci il tarixdə Gəncə prospektində hərəkətdə olan BMW markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dayanacaqda hərəkətsiz vəziyyətdə olan İddiaçı MMC-nin istismarında olan **-JY-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity” markalı avtobusa sol arxa hissəsədən çırpılaraq dayanmışdır. Nəticədə dövlət əmlakına maddi ziyan vurmuşdur. Aparılan Təhqiqat və İstintaq materialarından məlum olur ki, xx.xx.2024-ci il tarixdə Gəncə prospektində baş vermiş yol nəqliyyat hadisəsində hərəkətsiz vəziyyətdə olan İddiaçı MMC-nin istismarında olan **-JY-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity” markalı avtobusa sol arxa hissəsədən çırpılan BMW markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh ilə eyni istiqamətdə hərəkətdə olan Hyundai markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 aralarında yaranmış mübahisənin cavabdehin xəsarət alması ilə nəticələnən hadisədə təqsirli hesab edilmiş və barəsində cinayət təqibi aparıldıqdan sonra iş baxılması üçün Xətai rayon məhkəməsinə göndərilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə tərəflər arasında barışıq olduğu üçün X1 barəsində iş üzrə iocraata xitam verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 15 (on beş) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 00100 saylı Zərər Aktına əsasən **-JY-*** dövlət qeydiyyat nişanlı “BMCProcity” markalı avtobusa 2113.03 (iki min yüz on üç manat 03 qəpik) manat maddi zərər dəymişdir. Qeyd etmək istəyirik ki, İddiaçı MMC-nin balansında olan **-JY-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity” markalı avtobusa vurulmuş 2113.03 (iki min yüz on üç manat 03 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 17 aprel 2024-cü il tarixdə baş etibarnamə əsasında idarə etdiyi özünə məxsus “BMW” markalı “E39” modelli qara rəngli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ilə saatda 70-80 km/saat sürətlə hərəkət etmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə tək olmuşdur. Hərəkətdə olduğu zaman “Hyundai” markalı “İX35” modelli avtomobil, onun avtomobilinin sağ tərəfindən ötmə hərəkəti edib hərəkətdə olduğu yolun hərəkət hissəsinin orta ayırıcı zolağına doğru keçmişdir. Həmin vaxt qarşıda sol birinci zolaqda isə “Mercedes-Benz” markalı avtomobil hərəkətdə olmuşdur. O, “Hyundai” markalı avtomobilin sürücüsünə işıq siqnalı verib yol verməsini bildirsə də sürücü yol verməmişdir. Bu zaman birinci zolaqda hərəkət edən “Mercedes-Benz” markalı avtomobil sürətini artırıb bir qədər irəliyə getdiyindən hərəkətini sol birinci zolağa doğru dəyişib qarşısındakı “Hyundai” markalı avtomobili keçmək istəmişdir. Həmin an “Hyundai” markalı avtomobil ani olaraq qarşısına doğru manevr etdiyindən həmin avtomobillə toqquşmamaq üçün sükanı sağ tərəfə doğru döndərib idarəetməni itirərək yolun kənarındakı dayanacaqda olan "xxxx" MMC-yə məxsus sərnişinin avtobusuna sol arxa hissəsindən dəyib dayanmışdır. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi mümkündür, onun məbləği barədə dəqiq bir şey deyə bilmir, hadisə nəticəsində avtomobilə ziyan dəymişdirsə, həmin zərəri o özü deyil, sığorta şirkəti ödəməlidir, ona görə də, iddia tələbi ilə razı deyil, iddiaçı həmin məbləği sığorta şirkətindən tələb etməlidir, sığorta şirkətinə hər ay pul ödəyir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)- 439/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında “Müəyyən etdi” hissəsində “...17 aprel 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində etibarnamə əsasında idarə etdiyi “Hyundai” markalı “İX35” modelli **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamət olan Cavabdeh idarə etdiyi “BMW” markalı “E39” modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıda avtobus dayanacağında dayanmış "xxxx" MMC-yə məxsus **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmasında...” qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zərər aktından görünür ki, “Procity” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2113,03 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 41,13 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “Qala Sığorta”nın İddiaçı MMC-yə ünvanladığı məktubdan görünür ki, “Qala Sığorta”da AVSMMİS növü üzrə sığortalanmış İddiaçı MMC-yə məxsus “BMC Procity Avtobus” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “BMW” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2024-cü il tarixində Xətai rayonu, Gəncə prospekti ərazisində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı “Qala Sığorta”ya məlumat daxil olmuşdur. Bununla bağlı bildirilir ki, hazırkı tarixə qədər müvafiq səlahiyyətli polis orqanının qeyd edilən yolnəqliyyat hadisəsi ilə bağlı hadisənin təfərrüatlarını özündə əks etdirən Forma4 arayışı İcbari Sığorta Bürosunun sistemində mövcud olmadığından və hadisə ilə bağlı hər hansı təsdiqedici sənəd də “Qala Sığorta”ya təqdim edilmədiyindən “Qala Sığorta” tərəfindən müvafiq sığorta araşdırmasının aparılması və sığorta tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “BMC Procity Avtobus” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya, “BMW” markalı “E39” modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə cavabdehə məxsusdur, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin mülki hüquq pozuntusu nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulmuşdur, xx.xx.2024-cü il tarixli aktında zərərin məbləği 2113,03 manat hesablanmışdır, iddiaçı həmin zərərin ödənilməsini tələb edir, cavabdeh onun təqsiri nəticəsində hadisə baş verməsini etiraf edir, lakin dəymiş zərərin onun tərəfindən ödənilməsinə razı deyil və hesab edir ki, zərər sığorta təşkilatı tərəfindən ödənilməlidir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh hadisənin onun təqsiri nəticəsində baş verməsini etiraf etdiyindən və iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı hər hansı sığorta ödənişi həyata keçirilmədiyindən iddiaçı cavabdehə qarşı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən, xx.xx.2024-cü il tarixli zərər aktını əsas götürür və həmin akta uyğun olaraq avtomobilə dəymiş ziyanı 2113,03 manat məbləğində qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 2113,03 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə oğluna ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,13 manat və 0,4 manat bank xərci alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2113,03 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41,13 manat və 0,40 manat bank xərci olmaqla, ümumilikdə 2154 (iki min yüz əlli dörd) manat 56 (əlli altı) qəpik alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-635/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-635/2025
05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver