Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6361/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 24.5% olmaqla 10000 manat məbləğində kredit vermişdir. 2.Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
İddiaçının tələbi:
3. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8031.83 manat məbləğində əsas borcun, 32.82 manat məbləğində faiz borcunun, cəmi 8064.65 manat borcun və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz və yaxud digər sənəd məhkəməyə daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Borclu müəyyən müddət ödənişlər etməsinə baxmayaraq sonuncu ödənişini xx.xx.2024-cü ildə etmişdir və budan sonra heç ödəniş həyata keçirməyərək kredit müqaviləsinin və ödəniş cədvəlinin şərtlərini pozmuşdur. Bu səbəbdən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8031.83 manat məbləğində əsas borcun, 32.82 manat məbləğində faiz borcunun, cəmi 8064.65 manat borcun və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. xx.xx.2024-cü il tarixdə Cavabdeh öz izahatında qeyd etmişdir ki, keçən ilin noyabr ayında anasının sağlamlıq problemi ilə bağlı maddi çətinlik yaşadığında ödəniş həyata keçirə bilməmiş, növbəti aylarda isə aylıq ödəniş məbləğinin bir qismi məbləğində ödəniş həyata keçirə bilmişdir. Daha sonra anasının vəfatı ilə əlaqədar xərcləri yaranmışdır. Lakin 2022-ci il tarixli müqavilə tərəfindən bağlanılmış, iddiaçı tərəfindən tələb edilən məbləği mübahisələndirməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh 48 ay müddətində 10000 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
8. Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış CP/715207/88/4 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 48 ay müddətinə, illik 24,50 faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir.
9. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə Ödəniş qrafikinə əsasən, kreditin aylıq ödənişi 328,79 manat məbləğindədir.
10. xx.xx.2022-ci il tarixli 3008 nömrəli kassa-məxaric orderinə əsasən Cavabdeh 10000 (on min) manat məbləğində pul (kredit) verilmişdir.
11. xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-yə 8031,83 manat əsas 32,82 manat faiz, 0 manat cərimə borcu vardır.
12. Bank of Baku ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişə (xx.xx.2024cü il tarixli poçt qəbzinə) əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh 8031,83 manat əsas 32,82 manat faiz, 0 manat cərimə borcu mövcuddur. Cavabdeh göstərilən məbləği ödəməsi, əks təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, cavabdeh tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2,).
17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh CP/1520/88/4 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 8031.83 manat məbləğində əsas borc, 32.82 manat məbləğində faiz borcu, 178.03 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8064.65 (səkkiz min altmış dörd manat altmış beş qəpik) manat məbləğində borc Bank of Baku ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 103 (yüz üç) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh CP/715207/88/4 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 8031.83 manat məbləğində əsas borc, 32.82 manat məbləğində faiz borcu olmaqla, cəmi 8064.65 (səkkiz min altmış dörd manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 103 (yüz üç) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova