Məhkəmə qərarları › İş №e-2(011)-6364/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6364/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6364/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli müqavilə üzrə imei kodu **********06257 olan “İphone 13 mini”, markalı telefon üçün 2.020,92 (iki min iyirmi manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 202,08 (iki yüz iki manat səkkiz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə “Hoffmann” markalı ət çəkən üçün 135,2 (yüz otuz beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 13,8 (on üç manat səksən qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə imei kodu **********85242 olan “Xiaomi redmi note 11” markalı telefon üçün 114,46 (yüz on dörd manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 11,54 (on bir manat əlli dörd qəpik) manat cərimə, ümumilikdə 2.498 manat borc və 44,98 (qırx dörd manat doxsan səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, imei kodu **********06257 olan “İphone 13 mini”, markalı telefon, “Hoffmann” markalı ət çəkən, imei kodu **********85242 olan “Xiaomi redmi note 11” markalı telefon almış və nəticədə 2.498 (iki min dörd yüz doxsan səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.599,92 (iki min beş yüz doxsan doqquz manat doxsan iki qəpik) manat (18 ay x 144.44 manat + 0 manat ilkin ödəniş) imei kodu **********06257 olan “İphone 13 mini” markalı telefon üçün ümumilikdə, 2.223 (iki min iki yüz iyirmi üç) manat olmaqla ondan, 2.020,92 (iki min iyirmi manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 202,08 (iki yüz iki manat səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 235,2 (iki yüz otuz beş manat iyirmi qəpik) manat (12 ay x 19.6 manat + 0 manat ilkin ödəniş “Hoffmann” markalı ət çəkən üçün ümumilikdə, 149 (yüz qırx doqquz) manat olmaqla ondan, 135,2 (yüz otuz beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 13.8 (on üç manat səksən qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 414 (dörd yüz on dörd) manat (20 ay x 20.7 manat + 0 manat ilkin ödəniş) imei kodu **********85242 olan “Xiaomi redmi note 11” markalı telefon üçün ümumilikdə, 126 (yüz iyirmi altı) manat olmaqla ondan, 114,46 (yüz on dörd manat qırx altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 11,54 (on bir manat əlli dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.078,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 03311614 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “İphone 13 mini 128GB-green” markalı telefon həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, imei kodu olan **********06257 “İphone 13 mini 128GB-green” markalı telefon xx.xx.2022-ci il tarixli, 03311614 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 03311614 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 144,44 (yüz qırx dörd manat qırx dörd qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 03041126 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Hoffmann” markalı ət çəkən həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Hoffmann” markalı ət çəkən xx.xx.2022-ci il tarixli, 03041126 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 03041126 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-ci il tarixlərində hər ay 19,6 (on doqquz manat altmış qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02102369 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Xiaomi redmi note 11 4GB/64GB” markalı telefon həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, imei kodu **********85242, **********85259 olan “Xiaomi redmi note 11 4GB/64GB” markalı telefon xx.xx.2022-ci il tarixli, 02102369 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 02102369 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 42,83 (qırx iki manat səksən üç qəpik) manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2.020,92 (iki min iyirmi manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 202,08 (iki yüz iki manat səkkiz qəpik) manat cərimə, ümumilikdə 2.223 (iki min iki yüz iyirmi üç) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 135.2 (yüz otuz beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 13.8 (on üç manat səksən qəpik) manat cərimə borcu ,ümumilikdə 149( yüz qırx doqquz ) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 114.46 (yüz on dörd manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 11.54 (on bir manat əlli dörd qəpik) manat cərimə, ümumilikdə 126 (yüz iyirmi altı) manat borcu vardır Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 479.9.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 202,08 manat məbləğində deyil, 100 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 13,8 manat məbləğində deyil, 7 manat və xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimənin 11,54 manat məbləğində deyil, 6 manat, məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 44,98 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 03311614 saylı müqaviləyə əsasən 2.020,92 (iki min iyirmi manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 2.120,92 (iki min yüz iyirmi manat doxsan iki qəpik) manat, xx.xx.2022-ci il tarixli 03041126 saylı müqaviləyə əsasən 135,2 (yüz otuz beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə borcu, cəmi 142,2 (bir yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2022-ci il tarixli, 02102369 saylı müqaviləyə əsasən 114,46 (bir yüz on dörd manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, cəmi 120,46 (bir yüz iyirmi manat qırx altı qəpik ) manat borc məbləği, cəmi üç müqavilə üzrə 2.383,58 (iki min üç yüz səksən üç manat əlli səkkiz qəpik) borc məbləği və 44,98 (qırx dörd manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar