Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6386/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 1 600 000 ABŞ dolları pulu 3 ay müddətinə, xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Daha sonra, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit (borc) müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2017-ci il tarixdə Saziş bağlanmış, həmin Sazişlə pulun qaytarılması müddətini müəyyən edən 2-ci bəndinə dəyişiklik edilərək, borcun xx.xx.2020ci ilədək qaytarılması müəyyən edilmişdir. Cavabdeh aldığı pulu tam iddiaçıya qaytarmamışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı 1 599 000 ABŞ dolları (Mərkəzi Bank tərəfindən müəyyən edilmiş ödəniş gününə manatla hesablanaraq 1 599 000 x 1.7 = 2 718 300 manat) borcun və dövlət rüsumu olaraq ödənilmiş 2149 manat pulun cavabehdən tulularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, o, cavabdehlə aralarında xx.xx.2017-ci il tarixində Sumqayıt şəhəri 3 saylı notariat ofisində 478 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə notariusun bankda açılmış depozit hesabı vasitəsilə 3 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixinədək 1 600 000 ABŞ dolları məbləğində pul verilmişdir. Bundan sonra borcun 235 ABŞ dolları məbləğində hissəsi cavabdeh tərəfindən geri qaytarılsa da, geri qalan hissəsinin ödənilməs bağlı heç bir tədbir görülməmişdir. Daha sonra cavabdehlə aralarında 08 sentyabr 2020-ci ildə Sumqayıt şəhəri 3 saylı notariat ofisində 3M-1055 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair saziş bağlanmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə 765 ABŞ dolları məbləğində borc qaytarılmışdır. Həmin sazişə əsasən borcalan borc məbləğini xx.xx.2020ci il tarixinə qədər tam şəkildə qaytarmağı öhdəs götürmüşdür. Lakin həmin məbləğin 1 599 000 ABŞ dolları hissəsi indiyədək ona geri qaytarılmamış 1000 ABŞ dolları məbləğini isə cavabdeh müqaviləyə qeyd etməklə ödəmişdir. Daha sonra cavabdehə xəbərdarlıq məktubu göndərilərək borcun 3 gün ərzində geri qaytarılması xahiş olunmuşdur və əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçının vəkilin və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə baxışı zamanı izahat verrərək iddia tələbini qəbul etdiyini bildirmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
15. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
17. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir.
18. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır.
19. İşin hallarından da göründüyü kimi, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək 1 600 000 manat pul məbləğini cavabdehə ödəməklə və həmin pula olan mülkiyyət hüququnu da cavabdehə verməklə öhdəliyini icra etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözügedən pul vəsaiti elə eyni tarixdə də cavabdeh tərəfindən qəbul edilmişdir. Sonradan cavabdeh tərəfindən brocdan 1000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu tam qaytarmamaqla öhdəliyini pozmuşdur.
20. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 1 599 000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
21. Məhkəmə həmçinin iddianın 2149 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 1 599 000 ABŞ dolları məbləğində borc və 2149 manat ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı