Məhkəmə qərarları › İş №e-2(011)-6410/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6410/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6410/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu üçün 2.034,24 manat ödənilməmiş hissə, 568,96 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Mitsubishi Electric” markalı kondisioner üçün 1.745 manat ödənilməmiş hissə, 414 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 1.333 manat ödənilməmiş hissə, 403,3 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “X3” markalı saat üçün 292,85 manat ödənilməmiş hissə, 93,65 manat cərimə olmaqla, ümumilikdə 6.885 manat borc məbləği və 88,85 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən, iddiaçı cavabdehə məişət əşyaları satmışdır. Hazırda cavabdehin iddiaçı qarşısında əşyalar üçün ödənilməmiş borcu yaranmışdır. Odur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, borcun hesablanması ilə razı olsa da, ona hesablanmış cərimə borcunun azaldılmasını xahiş edir. O bildirmişdir ki, ailəsində yaranmış maddi çətinliklərə görə ödənişlərində gecikmələr baş vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “LG” markalı soyuducu "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Mitsubishi Electric” markalı kondisioner "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “X3” markalı saat "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. İşin materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə görə 2.034,24 manat ödənilməmiş hissə və 568,96 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə görə 1.745 manat ödənilməmiş hissə və 414 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə görə 1.333 manat ödənilməmiş hissə və 403,3 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə görə 292,85 manat ödənilməmiş hissə və 93,65 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.885 manat məbləğində borcu vardır. İşin materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh borcunu ödəməsinə dair xx.xx.2023-cü il tarixdə məktub göndərmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissələri əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissələri qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə dəbbə pulunun 568,96 manat məbləğində deyil, 102 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqaviləyə görə dəbbə pulunun 414 manat məbləğində deyil, 87 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqaviləyə görə dəbbə pulunun 403,3 manat məbləğində deyil, 67 manat məbləğində, xx.xx.2021-ci il tarixli müqaviləyə görə dəbbə pulunun 88,85 manat məbləğində deyil, 15 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 88,85 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 2.034,24 (iki min otuz dörd manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 102 (bir yüz iki) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1.745 (bir min yeddi yüz qırx beş) manat ödənilməmiş hissə, 87 (səksən yeddi) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1.333 (bir min üç yüz otuz üç) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 292,85 (iki yüz doxsan iki manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu olmaqla, cəmi 5.405,09 (beş min dörd yüz beş manat doqquz qəpik) ödənilməmiş hissə, 271 (iki yüz yetmiş bir) manat dəbbə və 88,85 (səksən səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar