Məhkəmə qərarları › İş №e-2(011)-645/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-645/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-645/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – cavabdehlərdən xx.xx.2021-ci il tarixli, 109850-519752\2 nömrəli kredit müqaviləsi üzrə 31.111,11 manat əsas borc, əsas borca hesablanmıış 5.448,05 manat faiz borcu olmaqla, cəmi 36.559,16 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqı olmaqla, cəmi 51 manat pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 200,08 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b ünvanında yerləşən ümumi sahəsi 108,1 kv.metrdən ibarət 11 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b ünvanında yerləşən ümumi sahəsi 108,1 kv.metrdən ibarət 11 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2021-ci il tariхli, 109850-519752/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19 faiz dərəcəsi ilə 36 ay müddətinə 57.500 manat məbləğində krеdit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b ünvanında yerləşən ümumi sahəsi 108.1 kv.metrdən ibarət 11 saylı mənzil xx.xx.2021-ci il tariхli, 109850-519752/2 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Еyni zamanda, bank və Cavabdeh2 arasında xx.xx.2021-ci il tariхli, 109850-519752/2/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 001/007/6045/2023 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2023-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2023-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı - Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, 1b saylı evin, 11 saylı mənzil satıldıqdan sonra oradan çıxarılmaqla, mənzilin boşaldılması hissəsində iddia tələblərinə məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 109850-519752/2 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 19 faiz ödəmək şərti ilə 36 ay müddətinə 57.500 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 109850-519752/2 saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b ünvanında yerləşən ümumi sahəsi 108,1 kv.metrdən ibarət 11 saylı mənzil xx.xx.2021-ci il il tarixli, 109850-519752/2 saylı müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 109850-519752/2/1 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 109850-519752/2 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün ASC qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b, mənzil 11 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 109850-519752/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 31.111,11 manat əsas, 5.448,05 manat məbləğində faiz, cəmi 36.559,16 manat məbləğində kredit borcu vardır. İşin materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 borcu ödəmələrinə dair xəbərdarlıq məktubları və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir. İşdən görünür ki, İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2411 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 109850-519752/2 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan əsas borcu 31.707,61 manat, faiz borcu üzrə 3.581,20 manatdır. İş materiallarında görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b ünvanında yerləşən ümumi sahəsi 108,1 kv.metrdən ibarət 11 saylı mənzilin bazar və likvid qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə olunmuş və həmin MMC-nin Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b ünvanında yerləşən ümumi sahəsi 108,1 kv.metrdən ibarət 11 saylı mənzilinin bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üzrə G-05/24-029 saylı, xx.xx.2024-ci il tarixli hesabatı ilə qeyd edilən evin orta bazar dəyəri 150.000 manat, orta likvid dəyərinin 140.000 manat olması müəyyən olunmuşdur. Belə ki, göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə 1) əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 2) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 3) həmin Qanunda nəzərdə tutulmuş digər hallar - ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, həmçinin Cavabdeh2 Cavabdeh1 bank qarşısında olan öhdəliklərini iddiaçı ilə bağladığı zaminlik müqaviləsi ilə təmin edərək, o da Cavabdeh1la birlikdə göstərilən vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər kredit vəsaitini ödəməli olmalarına dair vəzifələrini icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdirlər. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin cavabdehlərdən ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanılmış sübutları araşdıraraq qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, iş üzrə xüsusi biliyə malik ekspert tərəfindən aparılmış ekspertiza təqdiqatının nəticələri əsas götürülərək, kredit müqaviləsi üzrə 31.111,11 manat əsas borc, 3.581,20 manat faiz borcu müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Əsas və faiz borcunun tutulması ilə bağlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclular iddiaçı qarşısında olan pul öhdəliklərini yalnız özlərinin cavabdeh olduqları səbəblərdən icra etmədiklərindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbləri kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, qiymətləndiricinin hesabatı əsasında məhkəmə tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, ev 1b ünvanında yerləşən ümumi sahəsi 108,1 kv.metrdən ibarət 11 saylı mənzilinin ilkin satış qiyməti likvid dəyəri olan 140.000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cavabdehlərin iddiaçıya olan kredit borcları ödənilməlidir. Məhkəmə həmçinin iddianın ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat məbləğində dövlət rüsumunun, 36 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 200,08 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın bu hissəsləri də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının aparılması üçün çəkilən xərclərin dəyəri olan 250 manat məbləğində pul vəsaiti və 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 27 may 2021-ci il tarixli 109850-519752\2 saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə olan 31.111,11 (otuz bir min yüz on bir manat on bir qəpik) manat məbləğində əsas, 3.581,20 manat məbləğində faiz borcu olmaqla, cəmi 34.692,31 manat məbləğində kredit borcu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 36 (otuz altı) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 200,08 (iki yüz manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ASC-nə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, 1b saylı evin, 11 saylı mənzilinə yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 140.000 (bir yüz qırx min) manat məbləğində olmaqla açıq hərracdan satılsın. Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, məhəllə 2316, 1b saylı evin, 11 saylı mənzilinin satılmasından əldə edilən vəsaitdən 31.111,11 (otuz bir min yüz on bir manat on bir qəpik) manat məbləğində əsas, 3.581,20 (üç min beş yüz səksən bir manat iyirmi qəpik) manat məbləğində faiz olmaqla, cəmi 34.692,31 (otuz dörd min altı yüz doxsan iki manat otuz bir qəpik) manat məbləğində kredit borcu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 36 (otuz altı) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 200,08 (iki yüz manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nə ödənilsin. Satışdan qalan məbləğ mülkiyyətçi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. 250 (iki yüz əlli) manat məbləğində qiymətləndirmə hesabatının aparılması üçün çəkilmiş xərc müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 alınaraq "xxxx" MMC-nə və 50 (əlli) manat məhkəmə-mühasibatlıq ekspertizasının aprılması üçüm çəkilmiş xərc müştərək qaydada Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar