Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6464/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı “X1” ASC Cavabdeh qarşı – “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat“ barəsində iddiasına yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı “X1” ASC Cavabdeh qarşı – “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat “ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, cavabdehin qeydiyyat ünvanını “Bakı şəhəri, Xətai rayonu, Əhmədli yolu 15/3” kimi göstərmişdir. CMS-“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi, 212 ünvanında qeydiyyatdadır. Beləliklə, iş üzrə Cavabdeh ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh qeydiyyatda olduğu yer üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı “X1” ASC Cavabdeh qarşı – “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat“ barədə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6464/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6464/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver