Məhkəmə qərarları › İş №e-2(011)-6468/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6468/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6468/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********06844 XİAOMİ 13 LİTE markalı telefon, LENOVO YOGADUET 7 markalı kompuatelmrış və nəticədə 1083 (min səksən üç) manat borc yaranmışdır.

2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 858 (səkkiz yüz əlli səkkiz) manat (6 ay x 118 manat + 150 manat ilkin ödəniş) İMEİ KODU **********06844 XİAOMİ 13 LİTE markalı telefoünçün ümumilikdə, 546 (beş yüz qırx altı) manat olmaqla ondan, 496.78 (dörd yüz doxsan altı manat yetmiş səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 49.22 (qırx doqquz manat iyirmi iki qəp) manat cərimə; xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1546.11 (min beş yüz qırx altı manat on bir qəp) manat (3 ay x 490.83 manat + 73.62 manat ilkin ödəniş) X1 7 markalı komputeürçün ümumilikdə, 537 (beş yüz otuz yeddi) manat olmaqla ondan, 488.1 (dörd yüz səskən səkkiz manat on qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.9 (qırx səkkiz manat doxsan qəp) manat cərimə miqdarında borc yaranmışdır.

3. Cavabdehin cəmi ödədiyi məbləğ 1419.23 manat təşkil edir.

İddiaçının tələbi:

4. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********06844 XİAOMİ 13 LİTE markalı telefoünçün 496.78 (dörd yüz doxsan altı manat yetmiş səkkiz qəp) manat ödənilməmiş hissə, 49.22 (qırx doqquz manat iyirmi iki qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, X1 7 markalı komputer üçün 488.1 (dörd yüz səskən səkkiz manat on qəp) manat ödənilməmiş hissə, 48.9 (qırx səkkiz manat doxsan qəp) manat cərimə ümumilikdə 1083 manat borc, 30.83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədəbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər:

6. xx.xx.2023-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsinə və ona əlavə ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan X1 7 13İTL6 ( 82MA006RRU) komputer almışdır. Cavabdeh 3 ay müddətinə hər ay 490,83 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1546,11 manat məbləğindədir.

7. xx.xx.2023-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim Aktına əsasən cavabdeh X1 7 13İTL6 ( 82MA006RRU) komputeri qüsursuz halda təhvil alınmışdır.

8. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, 08xx.xx.2023-cü il tarixli ******* saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

9. xx.xx.2023-cü il tarixli 02115369 saylı alqı-satqı müqaviləsinə və ona əlavə ödəniş cədvəlinə əsasən Cavabdeh iddiaçıdan Xiaomi 13 LİTE 8/256 GB-BLACK-**********06844 telefon almışdır. Cavabdeh 6 ay müddətinə hər ay 118 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 858 manat məbləğindədir.

10. xx.xx.2023-cü il tarixli 02115369 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş əşyaların təhvil-təslim Aktına əsasən cavabdeh tərəfindən Xiaomi 13 LİTE 8/256 GB- BLACK-**********06844 telefon qüsursuz halda təhvil alınmışdır.

11. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli 02115369 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

12. xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 488,1 manat, cərimə borcu 48,9 manat olmaqla, ümumilikdə 537 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 496,78 manat, cərimə borcu 49,22 manat olmaqla, ümumilikdə 546 manat borcu vardır.

13. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzinə) əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

17. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

18. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

19. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 488,1 manat, cərimə borcu 48,9 manat olmaqla, ümumilikdə 537 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 496,78 manat, cərimə borcu 49,22 manat olmaqla, ümumilikdə 546 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,83 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 488,1 manat, cərimə borcu 48,9 manat olmaqla, ümumilikdə 537 manat, xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş məbləğ 496,78 manat, cərimə borcu 49,22 manat olmaqla, ümumilikdə 546 manat olmaqla- cəmi 1083 (min səksən üç) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,83 (otuz manat səksən üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar