Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6480/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kod **********45713 İPHONE 15 PRO MAX, PAKET APPLE xidməti üçün 1134.37 (bi rmin yüz otuz dörd manat, 37 qəpik) manat ödənilməmiş hissə, 113.44 (yüz on üç manat 44 qəpik) manat cərimə olmaqla ümumilikdə 1247.81 manat borc, 32.48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********45713 İPHONE 15 PRO MAX, PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış və nəticədə 1247.81 (bir min iki yüz qırx yeddi manat, 81 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5130.64 (beş min yüz otuz manat, 64 qəpik) manat (18 ay x 229.48 manat + 1000 manat ilkin ödəniş) olan İmei kod **********45713 İPHONE 15 PRO MAX, PAKET APPLE xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün ümumilikdə 1247.81 (bir min iki yüz qırx yeddi manat, 81 qəpik) manat olmaqla, ondan, 1134.37 (bi rmin yüz otuz dörd manat, 37 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 113.44 (yüz on üç manat 44 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətindən imtina etmişdir, 800 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 3196.27 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 800 manat, ümumilikdə, 3996.27 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02706127 saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə verir, müştəri isə həmin malı müqavilədə göstərilən şərtlərlə qəbul edir (Müqavilənin 1.1-ci bəndi). İmei kod **********45713 İPHONE 15 PRO MAX, PAKET APPLE xidməti bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Bənd 2.2). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 2.6). Müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunur (Müqavilənin 3.7-ci bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 02706127 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, İmei kod **********45713 İPHONE 15 PRO MAX, PAKET APPLE xidməti üçün toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 5130.59 AZN (18 ay * 218.36 AZN + 500 AZN ilkin ödəniş) təşkil edir. İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02706127 saylı Müqavilə üzrə İmei kod **********45713 İPHONE 15 PRO MAX, PAKET APPLE xidməti tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu 3 (üç) iş günü müddətində ödəməsi, əks halda tərəflərinfən məhkəməyə müraciət olunacağına dair xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, 02706127 saylı müqavilə üzrə 1134.37 AZN məbləğində əsas, 113.44 AZN cərimə borcu olmaqla, ümumilikdə 1247.81 manat borcu vardır. Cavabdehin əsas borca ödədiyi məbləğ 3996.27 manat (3196.27+800(məhsul qaytarıldıqdan sonra qoyulan qiymət)=3996.27) təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 32.48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, alıcı İmei kod **********45713 İPHONE 15 PRO MAX, PAKET APPLE xidməti əldə etmiş, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulu alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 1134.37 manat, cərimə borcu üzrə 113.44 manat olmaqla, ümumilikdə 1247.81 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 56.72 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1134.37 manat ödənilməmiş hissə, 56.72 manat cərimə olmaqla, ümumilikdə 1191.09 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (1191.09 AZN) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31,91 manat cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1134.37 manat ödənilməmiş hissə, 56.72 manat cərimə olmaqla ümumilikdə 1191 (min yüz doxsan bir) manat 09 (doqquz) qəpik və 31 (otuz bir) manat 91 (doxsan bir) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6480/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6480/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver