Məhkəmə qərarları › İş №e-2(011)-6503/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6503/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6503/2022 19.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********77924 olan Xiaomi Poco X3 Pro markalı telefon üçün 819.40 manat ödənilməmiş hissə, 129.60 manat dəbbə pulu; 09 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən, Kreml-yumşaq-künc üçün 1985 manat ödənilməmiş hissə, 270 manat dəbbə pulu; 10 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, Kar tanesi-mətbəx-masa, kar tanesi-mətbəx-stul üçün 425.60 manat ödənilməmiş hissə, 70.40 manat dəbbə pulu; 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, Venus iki qapılı vitrin, Venus masa, Venus kamod, Venetsiya5 üçün 781 manat ödənilməmiş hissə, 227 manat dəbbə pulu; 01 mart 2020-ci il tarixli müqaviləyə əsasən, Peruna- yataq-çarpayı, peruna-yataq-dolab, peruna-yataq-termo, peruna-yataq-tumba, matras üçün 248 manat ödənilməmiş hissə, 76 manat dəbbə pulu; 03 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Siac markalı kondisioner üçün 765.20 manat ödənilməmiş hissə, 101.80 manat dəbbə pulu; 03 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, Loft-genc-çalışma masası, Transformer-qonaq-jurnal masa üçün 308 manat ödənilməmiş hissə, 87 manat dəbbə pulu olmaqla, ümumilikdə 6294 manat borc və 82.94 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05 noyabr 2021-ci il, 09 sentyabr 2021-ci il, 10 aprel 2021-ci il, 22 avqust 2020ci il, 01 mart 2020-ci il, 03 sentyabr 2021-ci il, 03 oktyabr 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Xiaomi Poco X3 Pro markalı telefon, Kreml-yumşaq-künc, Kar tanesimətbəx-masa, Kar tanesi-mətbəx-stul, Venus iki qapılı vitrin, Venus masa, Venus kamod, Venetsiya FS-5, Peruna-yataq-çarpayı, Peruna-yataq-dolab, Peruna-yataq-termo, Perunayataq-tumba, matras, Hoffmann Siac markalı kondisioner, Loft-gənc-çalışma masası, Transformer-qonaq-jurnal masası almış və nəticədə 6.294 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 01 mart 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2558 manat olan Peruna-yataq-çarpayı, Peruna-yataq-dolab, Peruna-yataq-termo, Peruna-yataq-tumba, matras üçün ümumilikdə 324 manat olmaqla, 248 manat ödənilməmiş hissə, 76 manat cərimə pulu borcu; 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2520 manat olan Venus iki qapılı vitrin, Venus masa, Venus kamod, Venetsiya FS-5 üçün ümumilikdə 1008 manat olmaqla, 781 manat ödənilməmiş hissə, 227 manat cərimə pulu borcu; 03 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 703.20 manat olan Loft-gənc-çalışma masası, Transformerqonaq-jurnal masası üçün ümumilikdə 395 manat olmaqla, 308 manat ödənilməmiş hissə, 87 manat cərimə pulu borcu; 10 aprel 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 638.40 manat olan Kar tanesi-mətbəx-masa, Kar tanesi-mətbəx-stul üçün ümumilikdə 496 manat olmaqla, 425.60 manat ödənilməmiş hissə, 70.40 manat cərimə pulu borcu; 03 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 835.20 manat olan Hoffmann Siac markalı kondisioner üçün ümumilikdə 867 manat olmaqla, 765.20 manat ödənilməmiş hissə, 101.80 manat cərimə pulu borcu; 09 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.170,08 manat olan Kreml-yumşaq-künc üçün ümumilikdə 2255 manat olmaqla, 1985 manat ödənilməmiş hissə, 270 manat cərimə pulu borcu; 05 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 870.50 manat olan Xiaomi Poco X3 Pro markalı telefon üçün ümumilikdə 949 manat olmaqla, 819.40 manat ödənilməmiş hissə, 129.60 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4.963,18 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, onun qismən təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05 noyabr 2021-ci il, 09 sentyabr 2021-ci il, 10 aprel 2021-ci il, 22 avqust 2020-ci il, 01 mart 2020-ci il, 03 sentyabr 2021-ci il, 03 oktyabr 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Xiaomi Poco X3 Pro markalı telefon, Kreml-yumşaq-künc, Kar tanesi-mətbəxmasa, Kar tanesi-mətbəx-stul, Venus iki qapılı vitrin, Venus masa, Venus kamod, Venetsiya FS-5, Peruna-yataq-çarpayı, Peruna-yataq-dolab, Peruna-yataq-termo, Perunayataq-tumba, matras, Hoffmann Siac markalı kondisioner, Loft-gənc-çalışma masası, Transformer-qonaq-jurnal masası almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 24 sentyabr 2022-ci il tarixə onun borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 01 mart 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 76 manat dəbbə məbləği azaldılaraq 7 manat məbləğində, 22 avqust 2020-ci il tarixli müqavilə üzrə 227 manat dəbbə məbləği azaldılaraq 25 manat məbləğində, 03 oktyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 87 manat dəbbə məbləği azaldılaraq 8 manat məbləğində, 10 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 70.40 manat dəbbə məbləği azaldılaraq 7 manat məbləğində; 03 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 101.80 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində; 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 270 manat dəbbə məbləği azaldılaraq 30 manat məbləğində; 05 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 129.60 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 01 mart 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 248 manat, dəbbə pulu 7 manat, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 781 manat, dəbbə pulu 25 manat, 03 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 308 manat, dəbbə pulu 8 manat, 10 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 425.60 manat əsas, dəbbə pulu 7 manat, 03 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 765.20 manat əsas, dəbbə pulu 10 manat; 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1985 manat əsas, dəbbə pulu 30 manat; 05 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 819.40 manat əsas, dəbbə pulu 20 manat olmaqla, ümumilikdə 5.439,20 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 82.94 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 84.63 manat məbləğində pul vəsaitinin 71 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 11.94 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 01 mart 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 248 (iki yüz qırx səkkiz) manat, dəbbə pulu 7 (yeddi) manat, 22 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 781 (yeddi yüz səksən bir) manat, dəbbə pulu 25 (iyirmi beş) manat, 03 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 308 (üç yüz səkkiz) manat, dəbbə pulu 8 (səkkiz) manat, 10 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 425.60 (dörd yüz iyirmi beş manat altmış qəpik) manat əsas, dəbbə pulu 7 (yeddi) manat, 03 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 765.20 (yeddi yüz altmış beş manat iyirmi qəpik) manat əsas, dəbbə pulu 10 (on) manat; 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1985 (bir min doqquz yüz səksən beş) manat əsas, dəbbə pulu 30 (otuz) manat; 05 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 819.40 (səkkiz yüz on doqquz manat qırx qəpik) manat əsas, dəbbə pulu 20 (iyirmi) manat olmaqla, ümumilikdə 5.439,20 (beş min dörd yüz otuz doqquz manat iyirmi qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 71 (yetmiş bir) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan 11.94 (on bir manat doxsan dörd qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar