Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6524/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 1446,06 manat əsas, 141,83 faiz borcu və 91,68 manat cərimə olmaqla, cəmi 1741,48 manat borcun və 36,8 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iki cavabdehə – Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixidə ölmüşdür. Digər cavabdeh, Cavabdeh2 yaşayış yeri üzrə rəsmi qeydiyyata alındığı yer isə ünvan 1 ünvanıdır. Göründüyü kimi, iddiaçı cavabdehlərdən birinin, Cavabdeh1 ünvan 2 ünvanında yaşadığı üçün iddia ərizəsi ilə Bakı şəhərəi Xətai Rayon Məhkəməsinə müraciət etsə də, həmin şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından onun artıq göstərilən ünvanda yaşamadığı və öldüyü müəyyən edilmişdir. Digər cavabdehin isə yaşayış yeri Bakı şəhərinin Xətai rayonu ərazisində deyil, Sabunçu rayonu ərazisindədir. Bu səbəbdən iddiaçının iddiasına Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 36,80 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı QSC-yə qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhər Xətai rayon Məhkəməsinə ödənilmiş 36,80 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-yə qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-6524/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6524/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver