Məhkəmə qərarları › İş №e-2(011)-6528/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6528/2024

04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6528/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, X1 ilə, İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X4 Azərbaycan” QSC Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(011)-4320/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci iltarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2021-ci il tarixində ödənilən 450 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 107.50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən “X4 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 107.50 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vatında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 107.50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı “X4 Azərbaycan” QSC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4320/2021 saylı 09 iyun 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh əsas məbləğ üzrə 687.78 manat borc, 92.11 manat hesablanmış və ödənilməmiş faiz borcu, 85.11 manat cərimə borcu, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 871.80 manat məbləğində kredit kartı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “X4 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “X4 Azərbaycan” QSC tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2012-ci il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2021-ci ildə təmin edilmiş 750 manat məbləğində pul vəsaitinə görə “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 107.50 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanan 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Həmin müqavilənin 5.1.1-ci bəndindən görünür ki, Bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar "xxxx" MMC tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında "xxxx" MMCyə bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc. faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). "xxxx" qarşı tərəfdən (kredit\borc alanlardan) borclar ilə əlaqədar məhkəmə icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) Banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Eyni Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən qanunverici tərəfindən məcburi aşağıdakı icra tədbirləri göstərilmişdir: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixində Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmış, həmin müqavilə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4320/2021 saylı 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh əsas məbləğ üzrə 687.78 manat borc, 92.11 manat hesablanmış və ödənilməmiş faiz borcu, 85.11 manat cərimə borcu, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 871.80 manat məbləğində kredit kartı borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “X4 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Sonradan iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən iddiaçı məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş, həmin şirkətin vasitəsi ilə borcun ödənilməsi təmin edilmiş və buna görə də bank tərəfindən 107,50 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə müstəqil olaraq öz seçimi ilə qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC ilə "xxxx" MMC “Hüquqi xidmət haqqında” müqavilə bağlamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı icra və nəzarət mexanizmlərinin qanunda təsbit edilməsinə baxmayaraq, iddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti qətnamənin qanuni icra edilməsi yolunu seçməmiş, özü könüllü olaraq digər özəl xidmət göstərən şirkətlə müqavilə bağılamış və qətnamənin icrası ilə bağlı göstərilmiş xidmətin qarşılığında könüllü olaraq müəyyən məbləğ ödəmişdir ki, bu halda cavabdehin həmin xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlikləri yaranmamışdır. İddiaçı tələb etdiyi məbləğin məhkəmə xərci olduğuna əsaslansa da, mülki-prosessual qanununun təsbit etdiyi anlayışdan müəyyən olunur ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olan xərclər olmaqla, qətnamənin icrası ilə əlaqədar xərcləri ehtiva etmir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “X4 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar