Məhkəmə qərarları › İş №e-2(011)-6552/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6552/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6552/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə CXC000931 saylı xx.xx.2023-ci il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 55 AZN borcun, 8.25 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında bağlanmış CXC000931 saylı xx.xx.2023-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 200 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X1 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1-nin Cavabdeh qarşı olan 200 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 55 manat əsas borcu, 8.25 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, CXC000931 saylı Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən, satıcı alıcıya Təhvil-təslim aktında (Əlavə 1-də) qeyd olunan malı satır, alıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir (Müqavilənin predmeti,1.1-ci bəndi). Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəniş həyata keçirilməsini alıcıdan tələb edir (Müqavilənin 2.1.1-ci bəndi). Alıcı ödəniş cədvəlinə uyğun borcu vaxtında və tam ödəməlidir (Müqavilənin 2.4.1-ci bəndi). Alıcı borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0.5%-i həcmində cərimə (dəbbə pulu) ödəməlidir (Müqavilənin 2.4.4-cü bəndi). "Alıcı' bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməzsə, satıcı bu müqavilə üzrə tələb hüquqları istənilən üçüncü şəxsə güzəşt etmək hüququna malikdir. (Müqaviləni 2.1.4-cü bəndi). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, CXC000931 saylı “Nisyə Alqı-Satqı müqaviləsi”nə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği 200 manat olan malı 6 ay müddətinə, aylıq ödənişi 34 manat (yalnız sonuncu ayın ödənişi 30 manat) olmaq şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, manitor adlı mal Cavabdeh təhvil verilmişdir, onun tərəfindən malın texniki göstəricisinə və yararlığına iradlar bildirilməmişdir. İş materiallarından görünür ki, X1 ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixli R- 1063/21 saylı “Faktorinq müqaviləsi” bağlanmışdır. Bu Müqaviləyə əsasən, faktor (İddiaçı QSC) borclu barəsində müşərinin (X1) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli R-1063/21 saylı “Faktorinq müqaviləsi”nə əlavə olunan xx.xx.2023-cü il tarixli, R-10xx/xx-0036 saylı Sazişin surətindən görünür ki, İddiaçı QSC və X1 arasında imzalanan Faktorinq müqaviləsinə əsasən X1-ın Cavabdeh qarşı olan 200 manat məbləğindəki tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İş materiallarından görünür ki, X1 tərəfindən Cavabdeh onlar arasında bağlanmış xx.xx.2023-cü tarixli, CXC000931 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə Arayışı”ndan görünür ki, xx.xx.2023-cü il tarixli, CXC000931 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Cavabdeh əsas borcu 55 manat, cərimə borcu 8.25 manat, cəmi borc qalığı 63.25 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Hesabdan çıxarış”ın surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə Cavabdeh almaq üçün CXC000931 saylı nisyə alqı-satqı müqaviləsi üzrə güzəşt olunan tələb 200 manat, ödəniş məbləği 145 manat, əsas borcdan qalıq 55 manat, cərimə borcu 8.25 manat, cəmi borc qalığı 63.25 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, CXC000931 saylı müqavilədən irəli gələn borcun qaytarılması, əks halda məhkəməyə müraciət ediləcəyi barədə “Bildiriş” məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CXC000931 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 200 manat dəyərində nisyə aldığı malın dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüş, İddiaçı QSC ilə X1 arasında imzalanan xx.xx.2021-ci il tarixli, R-1063/21 saylı Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2023-cü il tarixli, R-10xx/xx-0036 saylı Sazişə əsasən X1ın Cavabdeh qarşı olan 200 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmiş, eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmiş, lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir, hazırda cavabdehin 55 manat əsas, 8.25 manat cərimə olmaqla, cəmi 63.25 manat borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, CXC000931 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 55 manat əsas borc, 8.25 manat cərimə borcu olmaqla, cəmi 63.25 manat borc məbləği Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 256-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, CXC000931 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 55 manat əsas borc, 8.25 manat cərimə borcu olmaqla, cəmi 63 (altmış üç) manat 25 (iyirmi beş) qəpik məbləğində əsas borc və dövlət rüsumunun əvəzi və xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar