Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6559/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ərizəçinin nümayəndəsi Vəkil Oktay oğlunun iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş atası X12 itkin düşmüş hesab edilməsi, Azərbaycan Respublikası MPM-nin 149.4 və 314.2-ci maddələrinin tələbləri qaydasında,itkin düşən şəxs, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş X12 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 hektar sahəsi olan 213A nömrəli bağ sahəsindən ibarət olan əmlakınının idarə edilməsi üçün Ərizəçi itkin düşən şəxsin qəyyumu təyin edilməsi məqsədi ilə əmlakın yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına təklif olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş atası X18 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş anası X11 ilə xx.xx.1979-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər. 1998-ci ilin payız aylarında atası onları tərk edib gedib. Həmin vaxt onlar ünvan 1 ünvanında yaşayırdılar. Daha sonra tanışlarının vasitəsi ilə onlara məlum oldu ki, atası xarici ölkəyə köçərək yeni ailə qurmuşdur. 1998-ci ildən etibarən hazırkı vaxta qədər olan müddət ərzində atasından heç bir xəbər yoxdur. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından göründüyü kimi, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş X12 axırıncı qeydiyyatda olduğu yer ünvan 1 ünvanıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ-035793 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.2004-cü il tarixdə, yəni atasının getdiyi vaxtdan altı il sonra X12 anası X11 ilə olan nikah ləğv edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-JQ-395599 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi X16r Rəsul oğlu və X5. X6 və İstismarı Birliyi ilə X18 arasında bağlanmış 213A nömrəli bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1996-cı il tarixli, 20863 nömrəli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 hektar bağ-torpaq sahəsi atasının istifadə və sahibliyinə verilmişdir. 1996-cı ildən etibarən hazırkı vaxta qədər Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 hektar bağtorpaq sahəsi onların istifadə və sahibliyindədir. Lakin, bağ sahəsinə dair müqavilə atasının adına olduğuna görə həmin sahəni mülkiyyət hüququ əsasında özəlləşdirə bilmir. Bu səbəbdən məhkəmə tərəfindən atasının xəbərsiz itkin düşmüş hesab edilməsi zəruridir. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından göründüyü kimi, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş X12 axırıncı qeydiyyatda olduğu yer ünvan 1 ünvanıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ-035793 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamə əsasən X18 və X11 ilə olan nikahları ləğv edilmişdir. X6 və İstismarı Birliyi ilə X18 arasında bağlanmış 213A nömrəli bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1996-cı il tarixli, 20863 nömrəli müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 hektar bağ-torpaq sahəsi X12 istifadə və sahibliyinə verilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-JQ-395599 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi X16r Rəsul oğlu və X5. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-55/2-29011/2024 saylı məktubuna əsasən, xx.xx.1954-cü il təvəllüdlü X18 barəsində Xətai Rayon Polis İdarəsində heç bir təqsirləndirici material, axtarış elan olunmasına dair məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli, 5-15/2-1142/2024 saylı məktubuna əsasən, Nəsimi rayonu MKTB-nin 59 saylı MKİS-nin arayışına əsasən X12 qeydiyyatda olduğu Bakıxanov küçəsi, ev 12 ünvanı uzun müddətdir ki, sökülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-165xx-xx-7791/2024 saylı məktubuna əsasən valideynləri Rəsul Əsgər oğlu ilə X3 olan xx.xx.1954-cü il təvəllüdlü Əsgər Əsgərovun doğumu xx.xx.1954-cü ildə Səbail rayon qəydiyyat şöbəsində qeydı alınmışdır. Əsgər Əsgərovun doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun valideynlərinin Qubat Əsgər oğlu ilə Nazirxanım Cəlal qızı olduğu, xx.xx.1967-ci ildə isə Rəsul Əsgər oğlu ilə Nazirə Sultanovanın övladlığına verildiyi məlum olmuşdur. X18 xx.xx.1979-cu ildə Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1960-cı il təvəllüdlü Babayeva (Əsgərova) Svetlana Adilevna ilə nikah bağlamış bu nikahın pozulması xx.xx.2004-cü ildə Nəsimi rayon qeydiyyat şöbəsində eydə alınmışdır. X1 ilə X4 xx.xx.1980-cı il təvəllüdlü Ərizəçi və xx.xx.1982-ci il təvəllüdlü Tural Əsgərovun doğumu Yasamal rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat infomasiya sisteminə baxış keçirilərkən X16r Rəsul oğlu ilə X8 olan xx.xx.1988-ci il təvəllüdlü Əfsanə Əsgərovanın doğumuna dair məlumat aşkarlanmışdır. Əfsanə Əsgərovanın doğumu və onun barəsində Əsgər Əsgərov tərəfindən atalığın müəyyən edilməsi xx.xx.1989-cu ildə Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli, 3-38-2/33-3321/24 saylı məktubuna əsasən xx.xx.1954-cü il təvəllüdlü X12 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2- 17368/2024 saylı məktubuna əsasən, xx.xx.1954-cü il təvəllüdlü X12 barəsində notariat hərəkətlərinin aparılıb-aparılmaması barədə məlumatın verilməsinə dair müraciətə baxılarıq bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində qeyd olunan şəxsin barəsində notariat hərəkətinin rəsmiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Rəspublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X15” X22 xx.xx.2024-cü il tarixli, 3977 saylı məktubuna əsasən, xx.xx.1954-cü il təvəllüdlü X18 xx.xx.2020-ci il tarixdən bu günə qədər Azərbaycan Rəspublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X15” phş-nin Mərkəzi məhkəmə-tibbi ekspertizalar, Bakı şəhərinin, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirmişdir ki, X18 qohumudur, çox nadir hallarda görüşürdülər, son dəfə 1995-1997-ci il aralığında görüb. Ondan sonra görmədiyini bildirirək qeyd etmişdir ki, birdən birə itdiyini öyrənib, hara getdiyi haqqında dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, X18 ailəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində qonşusu olub. Bir müddət sonra şəxs yoxa çıxdığını, yoldaşı uşağları axtardığını öyrənib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, X18 ailəsi ilə qonşusu olub. X12, yoldaşını və uşaqlarını da tanıdığını bildirib. Axrıncı dəfə görəndə 1998-ci ildə gördüyünü qeyd edib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 40. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsi özündə iki əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “fiziki şəxsin olduğu yerin məlum olmaması” və “iki il ərzində şəxsin yaşayış yerində görünməməsi” daxildir. Göründüyü kimi, X12 1998-ci ildən ailəsi ilə münasibətləri kəsilmiş, yaxınları ilə ünsiyyəti olmamışdır. Şəxs barəsində bu günədək hər hansı məlumat mövcud deyildir. Ərizəçinin vəkilinin izahatı, şahidlərin ifadələri və işin digər materialları ilə X12 xəbərsiz itkin düşməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü X2 məlumatın alındığı il 1998-ci il olmuşdur. Şəxs barəsində son məlumatların alındığı günü və ayı müəyyən etmək mümkün olmadığına görə, məhkəmə hesab edir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün müddət 1999-cu ilin yanvar ayının 1-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.1954-cü il təvəllüdlü X12 xx.xx.1999-cu il tarixindən itkin düşməsi ərizəçinin şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə ərizəyə xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş X12 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 hektar sahəsi olan 213A nömrəli bağ sahəsindən ibarət olan əmlakınının idarə edilməsi üçün Ərizəçi itkin düşən şəxsin qəyyumu təyin edilməsi məqsədi ilə əmlakın yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına təklif olunması hissəsində qiymət verərək qeyd edir ki, bu məsələnin həlli müvafiq icra hakimiyyətinin səlahiyyətlərinə aid olduğuna görə ərizə bu hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə Azərbaycan Respublikası MPM-nin 315.1.maddəsinə əsasən itkin düşən şəxs, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş X12 əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X18 xx.xx.1999-cu ildən xəbərsiz itkin düşmüş hesab edilsin. Hazırkı qətnamə xx.xx.1954-cü il təvəllüdlü X12 əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6559/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6559/2024
07.11.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver