Məhkəmə qərarları › İş №e-2(011)-6562/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6562/2024

18.10.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6562/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh X5, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı “barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi tələbinə dair ”iddia ərizəsinə dəqiqləşməni qəbul edərək” barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq bazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi tələbinin dəqiqləşdirilməsi, barşıq sazişindən kənar icra edilmiş hansı nəticələr və bu nəticələrin iddiaçının hüquqlarını hansı formada pozulması ilə bağlı iddia tələbinə dəqiqləşdirilmə verilməsi təklif edilmiş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, iddiaçının tələbi dəqiqləşdirilməmiş, barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək Barışıq Sazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi” olaraq qalmışdır. İddia tələblərinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasında iddiaçıya sual verilmiş, iddiaçı iddia tələbinin barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsindən ibarət olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-932/2017 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X2 və Cavabdeh2 mülkiyyətində olan hissəsinin sərhədlərindən 4.5 metr məsafəsi saxlamaqla ünvan 1 ünvanında inşa etdiyi özbaşına tikilinin 2 metr hissəsində öz vəsaiti hesabına sökməsi vəzifəsinin İddiaçı həvalə edilməsi, İddiaçı X3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8356/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-932/2017 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş və İddiaçı X5 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli ******* saylı çıxarışın ləğv olunması və cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8356/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmine edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-932/2017 saylı qətnaməsi ləğv edilmiş və iddiaçılar X5 və Qontyuk (Çernamazova) Angelina Sergeyevnanın cavabdeh İddiaçı qarşı qanunsuz inşa edilən tikilinin cavabdehin hesabına sökülməsi, xx.xx.2008-ci il tarixli çıxarışın xx.xx.2007-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən onlara ayrılmış paya aid olan hissədə etibarsız hesab edilməsi barədə iddia tələblərinin rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8300/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər X3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nln 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şeheri Dostluq küçəsi 17 saylı evin X2 paylı mülkiyyətinə verilməsinə dair xx.xx.2008-cl il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsinə və onun hüquqi nəticələrinin ləğv olunmasına dair 2(011 )-8300/2019 saylı mülki iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə iddiaçı X4 cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş 22 iyul 2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(82)- 551/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(82)- 551/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavadehlərə qarşı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbi barədə iddiasına həm ümumi məhkəmə, həm də inzibati məhkəmələrdə, eyni zamanda müvafiq olaraq yuxarı instansiyalarda baxılaraq yekun məhkəmə aktı qəbul edildiyinə görə İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq bazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; mülki iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı barışıq sazişinə əsasən müəyyən edilmiş şərtlərin bərpa edilərək barışıq bazişindən kənar icra edilmiş nəticələrinin ləğv edilməsi və barışıq sazişinin tələblərinə zidd olaraq cavabdehlərin adına verilmiş istifadə deyil mülkiyyət hüququna dair ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar