Məhkəmə qərarları › İş №e-2(011)-6576/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6576/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6576/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə” kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Soft 5011” markalı dəhliz dolabı, “Model 101K” markalı bağ mebeli -yelləncək, “Ozbək Dural” markalı qazan, “Laura” markalı masa dəsti, “Mecta” markalı soba qazanaltı, 4 ədəd “Kilim” adlı əşya üçün 1.237,8 (bir min iki yüz otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 123,2 (yüz iyirmi üç manat iyirmi qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı soyuducu üçün 118,2 (yüz on səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 11,8 (on bir manat səksən qəpik) manat cərimə, ümumilikdə 1.491 manat borc, 34,91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Soft 5011” markalı dəhliz dolabı, “Model 101K” markalı bağ mebeli - yelləncək, “Ozbək Dural” markalı qazan, “Laura” markalı masa dəsti, “Mecta” markalı soba qazanaltı, 4 ədəd “Kilim” adlı əşyalar, “Hoffmann” markalı soyuducu almış və nəticədə 1.491 (bir min dörd yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2.853,6 (iki min səkkiz yüz əlli üç manat altmış qəpik) manat (24 ay x 118,9 manat + 0 manat ilkin ödəniş) “Soft 5011” markalı dəhliz dolabı, “Model 101K” markalı bağ mebeli yelləncək, “Ozbək Dural” markalı qazan, “Laura” markalı masa dəsti, “Mecta” markalı soba qazanaltı və “Kilim” 4 ədəd üçün ümumilikdə, 1.361 (bir min üç yüz altmış bir) manat olmaqla ondan, 1.237,8 (bir min iki yüz otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 123,2 (yüz iyirmi üç manat iyirmi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 797,4 (yeddi yüz doxsan yeddi manat qırx qəpik) manat (18 ay x 44,3 manat + 0 manat ilkin ödəniş) “Hoffmann” markalı soyuducu üçün ümumilikdə, 130 (yüz otuz) manat olmaqla ondan, 118,2 (yüz on səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 11,8 (on bir manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.295 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Soft 5011” markalı dəhliz dolabı, “Model 101K” markalı bağ mebeli yelləncək, “Ozbək Dural” markalı qazan, “Laura” markalı masa dəsti, “Mecta” markalı soba qazanaltı və “Kilim” 4 ədəd həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Soft 5011” markalı dəhliz dolabı, “Model 101K” markalı bağ mebeli yelləncək, “Ozbək Dural” markalı qazan, “Laura” markalı masa dəsti, “Mecta” markalı soba qazanaltı və 4 ədəd “Kilim” adlı əşyalar xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə xx.xx.2021-xx.xx.2023-cü il tarixlərində hər ay 118,9 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 03271438 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “Hoffmann” markalı soyuducu həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “Hoffmann” markalı soyuducu xx.xx.2022-ci il tarixli 03271438 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 03271438 saylı müqaviləyə xx.xx.2022-ci il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində hər ay 44,3 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1.237,8 (bir min iki yüz otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 123,2 (yüz iyirmi üç manat iyirmi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 118,2 (yüz on səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 11,8 (on bir manat səksən qəpik) manat cərimə olmaqla, iki müqavilə üzrə ümumilikdə 1.491 (bir min dörd yüz doxsan bir) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin ******* saylı müqavilə üzrə 123,2 manat məbləğində deyil, 61,1 manat və 03271438 saylı müqavilə üzrə 11,8 manat məbləğində deyil, 5,9 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 34,91 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1.237,8 (bir min iki yüz otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 61,1 (altmış bir manat on qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 118,2 (yüz on səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 5,9 (beş manat doxsan qəpik) manat cərimə olmaqla, cəmi hər iki müqavilə üzrə 1.423 (bir min dörd yüz iyirmi üç) manat borc məbləği, və 34,91 (otuz dörd manat doxsan bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar