Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6585/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 063- GKM/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 banka olan 1.620,02 manat (bir min altı yüz iyirmi manat iki qəpik) əsas, 0.45 manat (sıfır manat qırx beş qəpik) faiz, 9.03 manat (doqquz manat üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1.629,50 manat (bir min altı yüz iyirmi doqquz manat əlli qəpik) məbləğində borcun və ödənilmiş 36,30 manat (otuz altı manat otuz qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh3, zaminlər Cavabdeh2 və Cavabdeh1) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 063-GKM/19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 3 210.86 AZN (üç min iki yüz on manat 86 qəp.) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh3, “TuranBank ASC”, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 063-GKM/19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh3 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 1.620,02 manat (bir min altı yüz iyirmi manat iki qəpik) əsas, 0.45 manat (sıfır manat qırx beş qəpik) faiz, 9.03 manat (doqquz manat üç qəpik) cərimə borcu olmaqla, cəmi borcu 1.629,50 manat (bir min altı yüz iyirmi doqquz manat əlli qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 063-GKM/19 saylı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla, 5 ildən çox olmamaq şərtilə cərimə faizi ödəyir. 3.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, hazırki kredit müqaviləsi üzrə borcalana veriləcək kredit məbləği xx.xx.2014-cü il tarixli 025-AGS/14 saylı kredit müqaviləsi üzrə 360 gündən çox müddətə vaxtı keçmiş 3.210,86 manat (üç min iki yüz on manat səksən altı manat) məbləğində kredit borcunun silinməsinə yönəldiləcəkdir və hazırki kreditin məqsədi məhz qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcunun restruktruziyasiyası edilərək ödənilməsindən ibarətdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlum olan ünvanları üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etmələri təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazlarını məhkəməyə bildirməmişlər. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh3 (Müştəri) arasında 063-GKM/19 saylı, xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağanılmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə görə bank xx.xx.2014 tarixli. 025-AGS 14 saylı kredit müqaviləsinə (bundan sonra əvvəlki kredit müqaviləsi adlanacaq) əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 18.000 (on səkkiz min) manat məbləğində kredit vermişdir və tərəflər hazırkı müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun restrukturizasiyası barədə razılığa gəlirlər. Bu məqsədlə bank 12 (on iki) ay güzəşt müddəti olmaqla, 60 (altmış) ay müddətinə qaytarmaq şərti ilə 3.210,86 (üç min iki yüz on manat səksən altı qəpik) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə görə borcalan bu kreditdən istifadəyə görə illik 1% olmaqla faiz ödəyir. Həmin müqavilənin 2.3-cü maddəsinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0,1 % olmaqla 5 (beş) ildən çox olmamaq şərtilə cərimə faizi ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə görə tərəflər razılaşırlar ki, kredit müqaviləsi üzrə borcalana veriləcək kredit məbləği xx.xx.2014-cü il tarixli 025-AGS/14 saylı kredit müqaviləsi üzrə 360 gündən çox müddətə vaxtı keçmiş 3.210,86 (üç min iki yüz on səksən altı qəpik) manat məbləğində kredit borcunun silinməsinə yönəldiləcəkdir və hazırki kreditin məqsədi məhz qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit restukturizasiya edilərək ödənilməsindən ibarətdir. Həmin müqavilənin 3.3-cü maddəsinə görə borcalan 12 (on iki) ay ərzində yalnız faiz borcu ödəyəcək əsas borcun ödənişi qrafikə əsasən 12 sonra başlanması müəyyən edilmişdir. İş materiallarında olan 063-GKM/19 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən bank ilə borcalan Cavabdeh3 arasında Ağstafa şəhərində bağlanmış xx.xx.2019 tarixli, 063-GKM 19 saylı kredit müqaviləsinə əsasən bank borcalana 60 (altmış) ay müddətinə əsas borcun ödənilməsinə 12 ay güzəşt verilməklə illik 1 (bir) % olmaqla 3.210,86 (üç min iki yüz on manat səksən altı qəpik) manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən zaminlər özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 063- GKM/19 saylı kredit müqaviləsi üzrə borcalan - Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla zaminlər bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh3 tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2019-xx.xx.2024-cü il tarixlərində cəmi 3.309,02 manat ödənişin (3.210,86 manat əsas məbləğ və 98,16 manat faiz məbləği) həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 3.210,86 manat məbləğində pul vəsaiti Cavabdeh3 oğluna İddiaçı ASC tərəfindən verilmişdir. İş materiallarında olan **********602 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-nə 063-GKM/19 saylı müqavilə üzrə 1.620,02 manat məbləğində əsas, 0,45 manat faiz, 9.03 manat cərimə, borcu olmaqla, cəmi 1.629,50 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh3 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında müəyyən edilmiş əsas məbləğ üzrə ödənişləri və faizləri qaytarmaq öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış borcun qaytarılmasına görə zamin olduqlarından, qeyd edilən əsas, faiz və cərimə məbləğlərinin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 36,30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1.620,02 (bir min altı yüz iyirmi manat iki qəpik) manat əsas borc, 0,45 (qırx beş qəpik) manat faiz borcu, 9,03 (doqquz manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.629,50 (bir min altı yüz iyirmi doqquz manat əlli qəpik) manat borc məbləği və 36,30 (otuz altı manat otuz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-6585/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6585/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver