Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6615/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İmei kodu **********44020 olan Xiaomi Poco X5 Pro maralı telefon, Defunc qulaqlıq, İmei kodu **********64727 olan X1 12 markalı telefon, SBS qulaqlıq almış və nəticədə 2083 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1406.88 manat (18 ay 75.66 manat + 45 manat ilkin ödəniş) olan İmei kodu **********44020 olan Xiaomi Poco X5 Pro markalı telefon üçün ümumilikdə 1214 manat olmaqla, ondan, 1103.88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110.12 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 75.06 manat (18 ay x 4.17 manat + 0 manat ilkin ödəniş) olan Defunc qulaqlıq üçün ümumilikdə 79 manat olmaqla, ondan, 71.06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.94 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 886.96 manat (18 ay x 46.22 manat + 55 manat ilkin ödəniş) olan İmei kodu **********64727 X1 12 markalı telefon, SBS qulaqlıq üçün ümumilikdə 790 manat olmaqla, ondan, 719 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2023-cü il tarixində SBS qulaqlıqdan imtina etmiş və məhsul 69.96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 98 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 69.96 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 307 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********44020 olan Xiaomi Poco X5 Pro markalı telefon üçün 1103.88 manat ödənilməmiş hissə, 110.12 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Defunc qulaqlıq üçün 71.06 manat ödənilməmiş hissə, 7.94 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********64727 **********64727 olan X1 12 markalı telefon, SBS qulaqlıq üçün 719 manat ödənilməmiş hissə, 71 manat cərimə olmaqla, ümumilikdə 2083 manat borc, 40.83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16 avqust 2023-cü il, 16 avqust 2023-cü il, 16 avqust 2023-cü il tarixli müqavilələrdən və müqavilələrə əlavədən görünür ki, cavabdehə İmei kodu **********44020 olan Xiaomi Poco X5 Pro maralı telefon, Defunc qulaqlıq, İmei kodu **********64727 olan X1 12 markalı telefon, SBS qulaqlıq satılmışdır. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********44020 olan Xiaomi Poco X5 Pro maralı telefon üçün 1103,88 manat ödənilməmiş hissə, 110,12 manat cərimə borcu, 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən Defunc qulaqlıq üçün 71,06 manat ödənilməmiş hissə, 7,94 manat cərimə borcu və 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********64727 olan X1 12 markalı telefon, SBS qulaqlıq üçün 719 manat ödənilməmiş hissə, 71 maat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2083 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa bir zamanda borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 1103,88 manat ödənilməmiş hissə, 110,12 manat cərimə borcu, 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 71,06 manat ödənilməmiş hissə, 7,94 manat cərimə borcu və 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 719 manat ödənilməmiş hissə, 71 maat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2083 manat tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 1103,88 manat ödənilməmiş hissə, 110,12 manat cərimə borcu, 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 71,06 manat ödənilməmiş hissə, 7,94 manat cərimə borcu və 16 avqust 2023-cü il tarixli müqaviləyə əsasən 719 manat ödənilməmiş hissə, 71 maat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2083 manat borc və 40,83 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6615/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6615/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver