Məhkəmə qərarları › İş №e-2(011)-6618/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6618/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6618/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01144659 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı İphone 14 Pro markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 200 manat olmaqla, cəmi 2399,90 manat və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Macbook Air M2-ə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 180 manat olmaqla, cəmi 3235,50 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024cü il tarixdə 180 manat ödəniş etmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, hər iki müqavilə üzrə qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № 01144659 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1199,9 manat əsas, 179,9 manat cərimə olmaqla, cəmi 1379,8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 715,3 manat əsas, 107,2 manat cərimə olmaqla, cəmi 822,5 manat borc, ümumilikdə iki müqavilə üzrə 1915,2 manat əsas, 287,1 manat cərimə olmaqla, 2202,3 manat cəmi borcun və 42.02 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 29 oktyabr 2022-ci il tarixli, ********* saylı və 17 iyun 2023-cü il tarixli 01144659 saylı nisyə alqı-satqı müqavilələrindən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə müvafiq olaraq İphone 14 Pro markalı telefon və Macbook Air M2 satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 29 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 12 iyul 2024-cü il tarixinədək yaranmış 715,3 manat əsas, 1072 manat cərimə borcu olmaqla, cəmi 1787,30 manat və 17 iyun 2023-cü il tarixli 01144659 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1199,9 manat əsas, 1799 manat cərimə borcu olmaqla, cəmi 2998,90 manat, ümumilikdə hər iki müqavilə üzrə 1082,30 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 29 oktyabr 2022-ci il tarixli və 17 iyun 2023-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 29 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 715,3 manat əsas, 17 iyun 2023-cü il tarixli müqavilə üzrə 1199,9 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehdən 29 oktyabr 2022ci il tarixli müqavilə üzrə 71 manat dəbbə (cərimə),17 iyun 2023-cü il tarixli müqavilə üzrə 120 manat məbləğində dəbbə (cərimə) tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 oktyabr 2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 12 iyul 2024-cü il tarixinədək yaranmış 715,3 manat əsas, 71 manat cərimə borcu olmaqla, cəmi 786,3 manat və 17 iyun 2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1199,9 manat əsas, 120 manat cərimə borcu olmaqla, cəmi 1319,90 manat, ümumilikdə hər iki müqavilə üzrə 2106,2 manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 42,02 manat dövlət rüsumunun 96%, yəni 40 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 4%, yəni 2,02 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar