Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6628/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei Kodu **********24832 İphone 12 markalı telefon, Apple Adapter, Paket Apple Xidməti, X22 il Xidməti üçün 2179,9 manat ödənilməmiş hissə, 217,99 manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən İmei Kodu **********42665 Honor X9a Markalı Telefon, X3, X1, Plyonka ıstehsalı Xidməti, X22 il Xidməti, Paket Xl Xidmət üçün 1293,35 manat ödənilməmiş hissə, 129,34 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********86696 İphone 11 Markalı Telefon, Apple Adapter, X2 2 il Xidməti, Paket XXL Xidmət üçün 474 manat ödənilməmiş hissə, 47,4 manat cərimə, ümumilikdə 4341,98 manat borc, 63,42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei Kodu **********24832 İphone 12 markalı telefon, Apple Adapter, Paket Apple Xidməti, Qızıl Zəmanətultra 2 İl Xidməti, İmei Kodu **********42665 Honor X9a Markalı Telefon, X3, Sony Earbudsqulaqlıq, Plyonka İstehsalı Xidməti, X2 2 İl Xidməti, Paket Xl Xidməti, İmei Kodu**********86696 İphone 11 Markalı Telefon, Apple Adapter, X2 2 İl Xidməti, Paket Xxl Xidməti almış və nəticədə 4341,98 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2304,9 (iki min üç yüz dörd manat,90 qəpik) manat (18 ay x 128,05 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********24832 İphone 12 Markalı Telefon, Apple Adapter, Paket Apple Xidməti, X22 İl Xidmət üçün ümumilikdə, 2397,89 manat olmaqla ondan, 2179,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 217,99 manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1552,86 manat (18 ay x 86,27 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********42665 Honor X9a Markalı Telefon, X3, X1, Plyonka İstehsalı Xidməti, X2 2 İl Xidməti, Paket Xl Xidmət üçün ümumilikdə, 1422,69 manat olmaqla ondan, 1293,35 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 129,34 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2598,3 manat (18 ay x 144,35 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********86696 İphone 11 Markalı Telefon, Apple Adapter, X22 İl Xidməti, Paket Xxl Xidməti üçün ümumilikdə, 521,40 manat olmaqla ondan, 474 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,4 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2508,81 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin etirazı: Cavabdeh lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmiş və ya təqdim etməmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei Kodu **********24832 İphone 12 markalı telefon, Apple Adapter, Paket Apple Xidməti, X22 İl Xidməti almışdır. xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei Kodu **********24832 İphone 12 markalı telefon, Apple Adapter, Paket Apple Xidməti, X22 İl Xidməti qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei Kodu **********42665 Honor X9a Markalı Telefon, X3, X1, Plyonka ıstehsalı Xidməti, X22 İl Xidməti, Paket Xl Xidmət almışdır. xx.xx.2023-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei Kodu **********42665 Honor X9a Markalı Telefon, X3, X1, Plyonka ıstehsalı Xidməti, X22 İl Xidməti, Paket Xl Xidmət tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei Kodu **********86696 İphone 11 Markalı Telefon, Apple Adapter, X2 2 İl Xidməti, Paket XXL Xidmət almışdır. xx.xx.2023-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-dən İmei Kodu **********86696 İphone 11 Markalı Telefon, Apple Adapter, X2 2 İl Xidməti, Paket XXL Xidmətini tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2179,99 manat ödənilməmiş hissə, 217,99 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1293,35 manat ödənilməmiş hissə, 129,34 manat cərimə və 12,04.2023-cü il tarixli müqaviləsinə əsasən 474 manat ödənilməmiş hissə, 47,4 manat cərimə olmaqla ümumilikdə 4341,98 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 63,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 707-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2179,99 manat ödənilməmiş hissə, 217,99 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1293,35 manat ödənilməmiş hissə, 129,34 manat cərimə və 12,04.2023-cü il tarixli müqaviləsinə əsasən 474 manat ödənilməmiş hissə, 47,4 manat cərimə olmaqla ümumilikdə 4341,98 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2179,99 manat ödənilməmiş hissə, 217,99 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1293,35 manat ödənilməmiş hissə, 129,34 manat cərimə və 12,04.2023-cü il tarixli müqaviləsinə əsasən 474 manat ödənilməmiş hissə, 47,4 manat cərimə pulunun tutulması, əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2179,99 manat məbləğində əsas borca münasibətdə 109 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1293,35 manat məbləğində əsas borca münasibətdə 65 manat cərimə, 12,04.2023-cü il tarixli müqaviləsinə əsasən 474 manat məbləğində əsas borca münasibətdə 24 manat cərimə borcu tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2179,99 manat məbləğində əsas borca münasibətdə 109 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1293,35 manat məbləğində əsas borca münasibətdə 65 manat cərimə, 12,04.2023-cü il tarixli müqaviləsinə əsasən 474 manat məbləğində əsas borca münasibətdə 24 manat cərimə borcu olmaqla, ümumilikdə 4145,34 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsi 4145,34 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 61,45 manat məbləğində alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2179,99 (iki min yüz yetmiş doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 109 (yüz doqquz) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 1293,35 (min iki yüz doxsan üç manat, otuz beş qəpik) manat məbləğində əsas borc, 65 (altmış beş) manat cərimə, 12,04.2023-cü il tarixli müqaviləsinə əsasən 474 (dörd yüz yetmiş dörd) manat məbləğində əsas borc, 24 (iyirmi dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 4145,34 (dörd min yüz qırx beş manat, otuz dörd qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,45 (altmış bir manat, qırx beş qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-6628/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraat qaydasında işə təqdim edilən sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxdı. Prosessual hərəkət saat 12:30-da başladı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək kiçik iddianın qismən təmin edilməsi, yaranmış borc məbləğini, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 12:40-da başa çatdı. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6628/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6628/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver