Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-667/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann üçün 343 manat ödənilməmiş hissə, 34 manat cərimə borcu, 01 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********25648 olan Samsung Galaxy A11 markalı telefon üçün 251.60 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu; 24 may 2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********59536 olan Samsung Galaxy A02 markalı telefon üçün 247 manat ödənilməmiş hissə, 24.40 manat cərimə borcu olmaqla, ümumilikdə 925 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla saslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 01 noyabr 2020-ci il, 01 fevral 2021-ci il və 24 may 2021-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Hoffmann markalı soyuducu, Samsung Galaxy A11 markalı telefon və Samsung Galaxy A02 markalı telefon almış və nəticədə cavabdehin 925 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 01 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 573.60 manat olan Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə 276.60 manat olmaqla 251.60 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu; 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 567 manat olan Hoffmann markalı soyuducu üçün ümumilikdə 377 manat olmaqla 343 manat ödənilməmiş hissə, 34 manat cərimə borcu; 24 may 2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 375.60 manat olan Samsung Galaxy A02 markalı telefon üçün ümumilikdə 271.40 manat olmaqla 247 manat ödənilməmiş hissə, 24.40 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 674.60 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Hoffmann markalı soyuducu, Samsung Galaxy A11 markalı telefon və Samsung Galaxy A02 markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 01 noyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 25 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 01 fevral 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 34 manat cərimə məbləği azaldılaraq 3 manat məbləğində; 24 may 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 24.40 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 01 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 251.60 manat əsas borc, 2 manat cərimə borcu; 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 343 manat əsas borc, 3 manat cərimə borcu; 24 may 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 247 manat əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 848.60 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 251.60 (iki yüz əlli bir manat altmış qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 01 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 343 (üç yüz qırx üç) manat əsas borc, 3 (üç) manat cərimə borcu; 24 may 2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 247 (iki yüz qırx yeddi) manat əsas borc, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 848.60 (səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-667/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-667/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver