Məhkəmə qərarları › İş №e-2(011)-674/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-674/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-674/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 2.877.263 manat 8 qəpik məbləğində pulun və ödənilmiş 2.333,35 manat dövlət rüsumunun, Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 2.009.500 manat məbləğində pulun və ödənilmiş 1.802,70 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında barışıq sazişi imzalanmışdır, xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd olunmuş şərtləri qəbul edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında barışıq sazişi imzalanmışdır, xx.xx.2024-cü il tarixli barışıq sazişində qeyd olunmuş şərtləri qəbul edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə barışıq sazişi təsdiq edilərək icrata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu iddiaçının özünə qayatrılmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin ə öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və X1 tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 2.877.263 manat 8 qəpik məbləğində pulun və ödənilmiş 2.333,35 manat dövlət rüsumunun, Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş zərərə görə 2.009.500 manat məbləğində pulun və ödənilmiş 1.802,70 manat dövlət rüsumunun tutularaq iddiaçı “Xerotek L.L.C." Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia ərizəsindən imtina edir.

2. Cavabdehlər isə öhdəlik götürürlər ki, cəmiyyətə vurulmuş 2.877.263 manat və 2.009.500 manatla bağlı araşdırma aparılacaq prokurorluq, polis və məhkəməyə çağırılacaqları zaman gəlib izahat verəcəklər, bununla bağlı özlərində olan bütün zəruri sübutları təqdim edəcəklər.

3. Barışıq sazişi imzalandıqdan sonra "Tərəflər" bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər.

4. Bu saziş bağlandığı andan qüvvəyə minir.

5. X1 Azərbaycan dilində, 4 (dörd) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri "xxxx"MMC-də, biri Cavabdeh2, biri Cavabdeh1, digəri isə Xətai rayon məhkəməsində iş materiallarında saxlanılır.

6. Tərəflər bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 2230 (iki min iki yüz otuz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: ********** ) özünə qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 1800 (min səkkiz yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: ********** ) özünə qaytarılsın. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar