Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6763/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASCnin xeyrinə 8386 AZN əsas, 1070,86 AZN faiz, 337,36 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9794,22 AZN borcun və dövlət rüsumuolaraq ödənilmiş 117,95 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 18% olmaqla 12000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır.Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 11 avqust 2025, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 8386 AZN əsas, 1070,86 AZN faiz, 337,36 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9794,22 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu iləhəll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, iddiaçıya 8386 manat əsas, 1070,86 manat faiz borcunu qəbul edir. İddianı cərimə hissəsində qəbul etmir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə uyğun olaarq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsindən görünür ki, Ərizə-anket Bank tərəfindən ümumi ofertanın aksepti sayılan və özündə müvafiq razılıq şərtlərini ifadə edən və bu müqavilənin tərkib hissəsi sayılan yazılı və imzalı ərizədir. Müqavilənin 16.1-ci bəndinə əsasən, “Bank” “Müştəri”yə SMS bildirişdə qeyd olunan məbləğdə, müddətdə, illik faiz dərəcəsində kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartından POS-terminal vasitəsilə istifadə zamanı Müştəri taksitli (kreditin məbləğindən istifadə edilmiş vəsaitin komissiya ilə və ya komissiyasız mümkün bərabər hissələrlə GL0080008 ödənilməsi. “Müştəri”, taksitli ödəmə barədə məlumatları (aylıq ödəniş məbləği, taksitli ödənişin müddəti, faiz dərəcəsi, komissiya) şəxsi kabinet, mobil tətbiq və ya Bank tərəfindən təklif edilən digər vasitələrlə əldə edə bilər) və ya birdəfəlik alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə “Müştəri” şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya tətbiq edilə bilər. Ödəniş kartının istifadə müddəti 60 aydır. Ödəniş kartı “Müştəri”nin həm kredit, həm də debet kartıdır, bu karta bir neçə hesab bağlıdır və bu hesabların valyutaları da fərqlidir. Ödəniş kartının istifadəsi bu oferta ilə tənzimlənir. Kredit və ya kredit xəttinin məqsədli təyinatını istehlak təşkil edir. Kredit xətti SMS məlumatlandırmada qeyd edilən məbləğ və maksimum müddətə, illik 36 (otuz altı) %-dək olmaq şərtilə ayrılır. Əgər müddətin sonunadək (sonuncu ay) müştəri qalıq borcu tam ödəməsə, növbəti aydan etibarən 60 (altmış) ay müddətinədək və kreditin verildiyi eyni illik faiz dərəcəsinə bərabər olmaqla qalıq borcu miqdarında yeni nağd kredit (restrukturizasiya) rəsmiləşdirilə bilər. Bu zaman müştəriyə aylıq ödənişin məbləği və müddətləri barədə (ödəniş cədvəli) SMS, elektron poçt və ya mobil bankçılıq vasitəsilə bildiriş göndərilir. (Bənd 16.3). Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll olunur. Bu üsulla mübahisələr həll edilmədikdə yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir (Bənd 18.1.1). İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizə-Anketdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla, Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Cavabdeh bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeyd-şərtsiz yerinə yetirəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC tərəfindən “Sizə xx.xx.2026 tarixədək, illik 18%-lə 12000 AZN kredit (Komissiya:0 AZN. Aylıq ödəniş 434 AZN) təklif edirik. Təsdiq üçün YES yazıb 8117-ə göndərin“ və “Vəsait kartınıza köçürüldü, ödəniş hər ayın 14-ü tarixində, PİN kodunuz: xxxxxxx“ məzmununda iki SMS göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, BANK/PİKMD/1301642 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 16932nkNFTb/23 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 8386 AZN əsas, 1070,86 AZN faiz, 337,36 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9794,22 AZN borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixində “cavabdehin banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməsi təqdirində aralarında bağlanmış kredit müqaviləsinin bank tərəfindən ləğv edilməsi, əks halda borc tələbi ilə məhkəməyə müraciət olunması” barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 117.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli Ərizə və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən, Cavabdeh kredit xətti açılmasına dair tərəflər arasında razılığa gəlinmişdir, nəticədə Ümumi Oferta müqaviləsinə uyğun olaraq, SMS vasitəsi ilə cavabdehə 36 ay müddətinə, illik 18% olmaqla 12000 manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya 8386 AZN əsas, 1070,86 AZN faiz, 337,36 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9794,22 AZN borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Cavabdeh iddia tələbini əsas və faiz borcu hissəsində qəbul edir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli Ərizə və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 8386 AZN əsas, 1070,86 AZN faiz, 337,36 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9794,22 AZN məbləğində borc alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumunun əvəzi qismində 117.95 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli Ərizə və xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən 8386 manat əsas, 1070,86 manat faiz, 337,36 manat cərimə olmaqla, cəmi 9794 (doqquz min yeddi yüz doxsan dörd) manat 22 (iyirmi iki) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 117 (yüz on yeddi) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6763/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6763/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver