Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6791/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair; İddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsızlığına” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 aprel 2025-ci il tarixli 01 saylı borc müqaviləsinə xitam verilməsi və Cavabdeh 2000 manat məbləğində borcun və iddiа ərizəsinə görə ödənilmiş 40 mаnаt dövlət rüsumu ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia ərizəsi təmin olunaraq cavabdehlə aralarında bağlanmış 24 aprel 2025-ci il tarixli 01 saylı borc müqaviləsinin etibarsız hesab olunması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 24 aprel 2025-ci il tarixli 01 saylı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı cavabdehə 24 ay müddətinə geri qaytarmaq şərti ilə 2000 manat məbləğində borc verimişdir. Cavabdeh iddiaçının işçisi olduğu üçün ona kömək məqsədi ilə həmin borcu vermiş və cavabdeh isə öz növbəsində hər aya əmək haqqısından müəyyən məbləğdə pulun borc əvəzi qaytarılmasını öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş və bununla da müqavilə şərtləri pozulmuşdur. Hal-hazırda cavabdeh İddiaçınə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Şirkət borcu əməkdaş olduğu üçün cavabdehə vermişdir. Belə olan təqdirdə cavabdehin şirkətə olan borcunun tam olaraq ödənilməsi məsələsi mütləqdir. Borcun qaytarılması ilə bağlı tərəflərindən cavabdeh ilə dəfələrlə şifahi danışıqlar aparılmış lakin bütün danışıqlar nəticəsiz qalmışdır. Eyni zamanda cavabdehə xx.xx.2025-ci il tarixli VMF/08/2025 saylı Pretenziya məktubu da göndərilmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 24 aprel 2025-ci il tarixli 01 saylı formal görüntü üçün borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh ona 2000 manat məbləğində borc verməmişdir. Belə ki, vəsait onun hesabına, oradan də dərhal təyinatı üzrə köçürülmüşdür. Bunu təqdim etdiyi bank çıxarışı da təsdiq edə bilər. İddiaçı qqedy edir ki, necə olur ki, onun əməkhaqqı hesabına köçürülmüş pul vəsaiti müqavilə üzrə 24 ay müddətinə qaytarılması nəzərdə tutulsa da birinci aydan sonra akseptsiz silinmə üzrə əməkhaqqından hər hansı məxaric olunmamış və növbəti aylar üçün ödəniş tarixçəsi görünməmişdir. Bundan əvvəl 2024-cü ilin sentyabr ayının 12- də öz istəyi ilə 1500 manat kredit götürmüşdür. Üç ay ərzində 500 manat tutulmaqla, krediti bağlamışdır. Göründüyü kimi, şirkət onun orada işləməsini, məsul şəxs (HR üzrə) olmağını, eləcə də özünün təqsiri üzündən yol verdiyi inzibati xətaya görə cərimələndiyi 25000 manat məbləğin ödənişinə möhlət verilməsinə görə icra qurumuna (Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru) “hörmət etmək” adı altında onu “oyun”a salmış və görüntü xatirinə əqd bağlamaq məcburiyyətində qoymuşdur. Bu hərəkətlərin nəticəsində əsassız borclanmaya məruz qalmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, cavabdeh ilə aralarında bağlanmış 24 aprel 2025-ci il tarixli 01 saylı borc müqaviləsinə xitam verilməsi və Cavabdeh 2000 manat məbləğində borcun və iddiа ərizəsinə görə ödənilmiş 40 mаnаt dövlət rüsumu tutulmasını və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, bildirdi ki, məcburiyyət qarşısında qalaraq şirkətlə müqavilə bağlamış, lakin 2000 manatı onun hesabına daxil olduğu zaman, tərəfindən şirkət xərcləri üçün Şirkətin hüquqşünasının hesabına ödənilmişdir,hesab çıxarış vərəqindən də bu hal görünür,həmçinin ona aybaay əmək haqqısından tutulacağı deyilsədə , indiyə kimi hər hansı tutma olmamışdır, qeyd edilənlərə əsasən cavabdehlə aralarında bağlanmış 24 aprel 2025-ci il tarixli 01 saylı borc müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli,01 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən borc alan Cavabdeh 2000 manat borc verilmiş, müqavilənin 1.2 və 1.4-cü bəndlərindən görünür ki, borc 24 ay müddətinə faizsiz olaraq verilmiş və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılması qeyd edilmişdir. Kart hesabında çıxarış məlumatından görünür ki, xx.xx.2025-ci il tarixdə 2000 manat mədaxil olunmuş, xx.xx.2025-ci il tarixdə vəsait başqa hesaba köçürülmüşdür. xx.xx.2025-ci il tarixli **********8 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarix saat 18:24 radələrindən 2000 manat Nərgi Q-nın hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli **********3 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarix saat 18:25 radələrindən 2000 manat Elmir N-nın hesabına köçürülmüşdür. İddiaçı tərəfindən verilən xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc müqaviləsi üzrə borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks tədqirdə məhkəyə müraciət olunacağı bildirilmişdir. RedEX MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh məktub göndərilməsi sifariş edilmiş, lakin əlaqə nömrəsinə cavab verilmir, ünvana gedilib, qapı açılmadığından məktub İddiaçınə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741.1-ci maddəsinə əsasən, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçın nümayəndəsi və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçındən borc almaq hüququna malik olduğu kimi eyni zamanda xx.xx.2025-ci il tarixli,01 nömrəli müqavilə əsasında borc məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2025-ci il tarixli 01 saylı borc müqaviləsinə xitam verilməli və Cavabdeh 2000 manat məbləğində borcun tutulması barədə ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməldir. Məhkəmə qarşlıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh bildirir ki, məcburiyyət qarşısında qalaraq şirkətlə borc müqaviləsi bağlamış, pul vəsaiti hesabına köçdüyü zaman, tərəfindən şirkətə qaytarılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasındakı borc müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bağlandığından və Cavabdeh tərəfindən əqdin etibarsızlığı sübut edilə bilmədiyindən, müqavilənin etibarsız olması öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Beləliklə, əqdin etibarlı olubolmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin əqddə iştirak etmək qabiliyyətinin olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia təmin edilsin. Tərəflər arasında bağlanmış 24 aprel 2025-ci il tarixli 01 saylı borc müqaviləsinə xitam verilsin və Cavabdeh 2000 (iki min) manat məbləğində borc və iddiа ərizəsinə görə ödənilmiş 40 (qırx) mаnаt dövlət rüsumu ödənişi Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsızlığı” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6791/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6791/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver