Məhkəmə qərarları › İş №e-2(011)-6797/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6797/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6797/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı - cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə WFK001232 saylı xx.xx.2020-ci il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 814 manat borcun, 122.1 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vorld Telecom ilə X4 arasında bağlanmış WFK001232 saylı xx.xx.2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən borclu 2954 manat dəyərində nisyə aldığı mala görə 500 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2454 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Vorld Telecom arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Vorld X2 qarşı olan 2454 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsas ən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. X4 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Borclunun sonuncu ödənişi isə xx.xx.2020-ci il tarixində olmuşdur. Əlavə olaraq, xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyinə ünvanlanan sorğunun cavabına əsasən borclu barəsində vərəsəlik işi açıldığı bildirilmiş və onun vərəsəsi kimi Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdehlərin bugünə 814 manat əsas borcu, 122.1 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehlərə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli WFK001232 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh X9 2954 manat dəyərində nisyə mal almışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdeh X9 malı təhvil almışdır xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh X7 WFK001232 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-nə 814 manat borcun, 122.1 manat cərimə, cəmi 936,10 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli bildiriş məktublarından görünür ki, cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. İddiaçı QSC ilə X9 arasında imzalanan faktorinq müqaviləsidən görünür ki, “Vorld Telecom”un X8 qarşı olan 936,10 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AZ İİ 129392 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almasını təsdiq etmiş, miras əmlak ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almasını təsdiq etmiş, miras əmlak Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A, ev, mənzil 99,yeni qaydalarla AZ 1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 40, M18,m3 ünvanında yerləşən ümumi sahəsi 67,8 kv/m olan mənzildən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almasını təsdiq etmiş, miras əmlak Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A, ev, mənzil 100,yeni qaydalarla AZ 1121, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 40, M18, m4 ünvanında yerləşən ümumi sahəsi 62,9 kv/m olan mənzildən ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almasını təsdiq etmiş, miras əmlak "xxxx" MMC-nin (VÖEN **********) nizamnaməsinə əsasən miras qoyan X8 məxsus olan nizamnamə kapitalında 100% paydan ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almasını təsdiq etmiş, miras əmlak "xxxx" ASC –nin Gəncə filialının verdiyi xx.xx.2021-ci il tarixli 001/007/3763/2021 nömrəli məktubuna əsasən miras qoyan X8 məxsus olan ümumi 583 əyar, dəyəri 6132,67 manat, çəkisi 72,8 qram olan 3 ədəd klon, 4 ədəd üzük, 5 cüt sırğa, 1 ədəd boyunbağı ümumilikdə 13 ədəd qızıl zinyət əşyalarından ibarətdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gəncə regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X6 AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almasını təsdiq etmiş, miras əmlak "xxxx" ASC –nin Gəncə filialının verdiyi xx.xx.2021-ci il tarixli 171 nömrəli məktubuna əsasən miras qoyan X8 məxsus olan komplekt ağlı 750 əyar-1 ədəd ümumi çəkisi 19.30 qr, üzük ağlı-750 əyar-1 ədəd-ümumi çəkisi 6.7 qr,-qolbaq ağlı-583 əyar-1 ədəd-ümumi çəkisi 22.30 qr, qolbaq (sünbül) 583 əyar-1 ədəd-ümumi çəkisi 10.80 qr, üzük-58:3 əyar-1 ədədümumi çəkisi 4.90 qr, üzük ağlı-583 əyar-1 ədəd-ümumi çəkisi 6.80 qr olan qızıl zinyət əşyalarından ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Vorld Telecom alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdeh X8 vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçı qarşısında ümumilikdə 936,10 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Vorld Telecom İddiaçı QSC arasında bağlanmış imzalanan faktorinq müqaviləsinə əsasən tələb hüquqlarını güzəşt edən Vorld Telecom borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını əldə edən İddiaçı QSC-yə ötürməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə öldüyündən vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı yaranmış borcu cavabdehin vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 814 manat məbləğində əsas borca münasibətdə cavabdehdən cəmi 122,10 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cəmi 80 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 814 manat əsas, 80 manat cərimə, cəmi 894 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada WFK001232 saylı xx.xx.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən 814 (səkkiz yüz on dörd) manat əsas, 80 (səksən) manat cərimə, cəmi 894 (səkkiz yüz doxsan dörd) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar