Məhkəmə qərarları › İş №e-2(011)-6809/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6809/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6809/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********88 nömrəli, 05 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş – 717.96 manat əsas və 146.33 manat faiz borcunun, BPM**********88 nömrəli, 05 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, banka ödənilməmiş – 299.43 manat əsas və 79.01 manat məbləğində kredit borcu olmaqla, ümumilikdə 1.242,73 manat pul vəsaitinin və ödənilmiş 32.43 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış BPM**********88 nömrəli, 05 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 1.300 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış BPM**********88 nömrəli, 05 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 08 aprel 2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X5 08 aprel 2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün 21 oktyabr 2023-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh1 və Cavabdeh2 21 oktyabr 2023-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak, Azərbaycan Respublikası Bakı Şəhər İcra Haklimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.1998-ci il tarixdə X6 verilmiş 30/135297 qeydə alma nömrəsi ilə 901 nömrəli kitabın 135297-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.01 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh1 və Cavabdeh2 BPM**********88 nömrəli, 05 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş – 717.96 manat əsas və 146.33 manat faiz borcu qalmışdır. Həmçinin, 15 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 və Cavabdeh2 BPM**********88 nömrəli, 05 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, banka ödənilməmiş – 299.43 manat əsas və 79.01 manat faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Səmədova X3 Kübra Yunus qızının vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında 25 iyun 2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdırlar. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti cəmi 1.242,73 manat olduğundan, 32.43 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdırlar. Cavabdehlərin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İşdən görünür ki, bank ilə X7 arasında bağlanmış BPM**********88 nömrəli, 05 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 1.300 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********88 nömrəli, 05 aprel 2022ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kredit limiti ayrılmışdır. X5 banka borcu yaranmış, ona borc barədə bank tərəfindən şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, 15 iyul 2024-cü il tarixinə borcalan X5 05 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan əsas borcu 717.96 manat, faiz borcu 146.33 manat, 05 aprel 2022-ci il tarixli Tam kart müqaviləsi üzrə banka olan əsas borcu 299.43 manat, faiz borcu 79.01 manat təşkil edir. X7 08 aprel 2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anaları - mərhumə X4 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarından görünür ki, X5 vərəsəsi olaraq Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.01 kv/m olan 2 otaqlı mənzilə dair 20 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, bank ilə X7 arasında kredit müqaviləsi və tam kart çərçivə müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini sonuncuya verməklə öhdəliyini icra etmişdir. X2 aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İddiaçının verdiyi maliyyə arayışında da borclunun 05 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan əsas borcu 717.96 manat, faiz borcu 146.33 manat, 05 aprel 2022-ci il tarixli Tam kart müqaviləsi üzrə banka olan əsas borcu 299.43 manat, faiz borcu 79.01 manat borcunun olması qeyd edilir. Məhkəmə qeyd edir ki, bank ilə mərhum X7 arasında bağlanmış kredit müqaviləsi və tam kart çərçivə müqaviləsi əsasında sonuncu iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Borclu göstərilən müqavilələr əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumə X5 qanun üzrə vərəsələri olduqlarından kredit müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı cavabdehlərdən əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 32.43 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin müqavilələrdən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 aprel 2022-ci il tarixli, BPM**********88 saylı Kredit müqaviləsinə əsasən, 717.96 manat əsas və 146.33 manat faiz borcu olmaqla, cəmi 864.29 (səkkiz yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat və 05 aprel 2022-ci il tarixli, BPM**********88 saylı Tam kart müqaviləsinə əsasən, 299.43 manat əsas və 79.01 manat faiz borcu olmaqla, cəmi 378.44 (üç yüz yetmiş səkkiz manat qırx dörd qəpik) manat, ümumilikdə 1.242,73 (bir min iki yüz qırx iki manat yetmiş üç qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 32.43 (otuz iki manat qırx üç qəpik) manat və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar