Məhkəmə qərarları › İş №e-2(011)-6825/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6825/2023

15.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6825/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Cəfərova X1 Sahib Tofiq oğlunu maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq: 3.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə.

İşə baxan məhkəmənin mövqeyi:

4. Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyi təqdirdə yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməzsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə ərizəçinin nümayəndəsi və vəkili ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bunlarla yanaşı, hazırki ərizə üzrə maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həllini tapmasını tələb etməmişdir. Odur ki, məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.

5. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar