Məhkəmə qərarları › İş №e-2(011)-6839/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6839/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6839/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 21 sentyabr 2022-ci il tarixinə yaranmış 212.40 manat əsas, 31.80 manat cərimə, cəmi 244.20 manat, 15 yanvar 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə 879.90 manat əsas, 131.90 manat cərimə borcu olmaqla, cəmi 1.011,80 manat, iki müqavilə üzrə olan borcu 1.092,30 manat əsas, 163.70 manat cərimə, ümumilikdə 1.256 manat borcun və 32.56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “Singer” markalı tikiş maşınına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla cəmi 249.90 manat, 15 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “Apple” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla cəmi 960.90 manat, ümumilikdə iki müqavilə üzrə 1.210,80 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq 26 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 20 aprel 2022-ci il tarixdə 16.50 manat ödəniş etmiş, 15 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 19 yanvar 2022-ci il tarixdə 81 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 1.092,30 manat borcu qaytarmamışdır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “Singer” markalı tikiş maşınına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla cəmi 249.90 manat, 15 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “Apple” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla cəmi 960.90 manat, ümumilikdə iki müqavilə üzrə 1.210,80 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq 26 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 20 aprel 2022-ci il tarixdə 16.50 manat ödəniş etmiş, 15 yanvar 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 19 yanvar 2022-ci il tarixdə 81 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 1.092,30 manat borcu qaytarmamışdır. Yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin əsas borca aid hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas borca aid hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 15 yanvar 2022-ci il tarixli müqavilə üzrə hesablanmış 131.90 manat dəbbə məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməli, 26 yanvar 2022-ci il tarixli müqavilə üzrə hesablanmış 31.80 manat dəbbə məbləği azaldılaraq 7 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 yanvar 2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 879.90 manat əsas, 30 manat cərimə borcu olmaqla, cəmi 909.90 manat; 26 yanvar 2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 212.40 manat əsas, 7 manat cərimə borcu olmaqla, cəmi 219,40 manat, ümumilikdə 1.129,30 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 32.56 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 32.56 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 yanvar 2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 879.90 (səkkiz yüz yetmiş doqquz manat doxsan qəpik) manat əsas, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 909.90 (doqquz yüz doqquz manat doxsan qəpik) manat; 26 yanvar 2022-ci il tarixli ********* saylı müqaviləyə əsasən 212.40 (iki yüz on iki manat qırx qəpik) manat əsas, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 219,40 (iki yüz on doqquz manat qırx qəpik) manat, ümumilikdə 1.129,30 (bir min yüz iyirmi doqquz manat otuz qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 32.56 (otuz iki manat əlli altı qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar