Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6894/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 07 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən 543.58 manat əsas, 122.19 manat faiz, 10 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən isə 341.84 manat əsas, 75.44 manat faiz borcunun və 30.83 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 07 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən onun kartına müddəti 35 ay, illik faiz dərəcəsi 27, məbləği 566 manat olan kredit vəsaiti, 10 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən onun kartına müddəti 35 ay, illik faiz dərəcəsi 27, məbləği 360 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kreditlər nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 07 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən onun kartına müddəti 35 ay, illik faiz dərəcəsi 27, məbləği 566 manat olan kredit vəsaiti, 10 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən onun kartına müddəti 35 ay, illik faiz dərəcəsi 27, məbləği 360 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış kredit və hesab müqavilələri əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı kredit və hesab müqavilələri əsasında cavabdehlərdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 07 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən 543.58 manat əsas, 122.19 manat faiz borcu olmaqla, cəmi 665.77 manat, 10 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən isə 341.84 manat əsas, 75.44 manat faiz borcu olmaqla, cəmi 417.28 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30.83 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi təmin olunduğundan cavabdehdən 30.83 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 07 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən 543.58 (beş yüz qırx üç manat əlli səkkiz qəpik) manat əsas, 122.19 (bir yüz iyirmi iki manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 665.77 (altı yüz altmış beş manat yetmiş yeddi qəpik) manat, 10 sentyabr 2021-ci il tarixli kredit və hesab müqaviləsinə əsasən isə 341.84 (üç yüz qırx bir manat səksən dörd qəpik) manat əsas, 75.44 (yetmiş beş manat qırx dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 417.28 (dörd yüz on yeddi manat iyirmi səkkiz qəpik) manat pul vəsaiti və ödənilmiş 30.83 (otuz manat səksən üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6894/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6894/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver