Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6899/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə PRK000398 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 129 AZN borcun, 19,35 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quluzadə Sadiq Rəsul oğlu ilə Cavabdeh arasında bağlanmış PRK000398 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 129 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə Quluzadə Sadiq Rəsul oğlu arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Quluzadə Sadiq Rəsul oğlunun Cavabdeh qarşı olan 129 manat məbləğindəki tələb hüququ İddiaçı QSCyə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqısatqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı, tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5%-i miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 129 manat əsas borcu, 19,35 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quluzadə Sadiq Rəsul oğlu ilə Cavabdeh arasında PRK000398 saylı xx.xx.2023-cü il tarixli “Nisyə Alqı-satqı” müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, Satıcı dəyəri 129 AZN olan malı Alıcıya satmış, sonuncu isə 0 manat ilkin ödəniş etməklə malı qəbul edərək, müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan PRK000398 saylı xx.xx.2023 il tarixli Nisyə Alqı-satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Quluzadə Sadiq Rəsul oğlu nisyə məbləği 129 manat olan malı 0 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə, aylıq ödənişi 33,17 manat olmaq şərti ilə almışdır. İş materiallarında olan xx.xx.2023 il tarixli “Təhvil-təslim Aktı”ndan görünür ki, ümumi dəyəri 129 manat məbləğində olan mal (kişi geyimləri) Quluzadə Sadiq Rəsul oğluna təhvil verilmiş və “Alıcı” tərəfindən, satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixli R-1757/22 saylı Faktorinq müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən, Faktor (İddiaçı QSC) Borclu (Müştərinin ona qarşı pul tələbi olan fiziki şəxs) barəsində Müştərinin (Cavabdeh) Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli R-1757/22 saylı Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2023-cü il tarixli R-17xx/xx-0017 saylı Sazişin surətindən görünür ki, faktora güzəşt edilən ümumi tələb məbləği 7725 manat, toplam komissiya məbləği 1699.5 manat, Müştəriyə gecikdirilən məbləğə görə hesablanan göndəlik dəbbə pulu dərəcəsi 0,5%-dir. Sazişin 2-ci bəndinə əsasən, PRK000398 saylı xx.xx.2023 il tarixli müqavilə üzrə güzəşt edilən tələb məbləği 129 manat təşkil edir. İş materiallarından görünür ki, Quluzadə Sadiq Rəsul oğluna Cavabdeh ilə bağlanan PRK000398 saylı xx.xx.2023 il tarixli müqavilədən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə bildiriş təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Razılıq Ərizəsindən görünür ki, Quluzadə Sadiq Rəsul oğlu kredit tarixçəsinin tərtib edilməsi üçün onun haqqında məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Hesabdan Çıxarış”ın surətindən görünür ki, PRK000398 saylı müqavilə üzrə güzəşt olunan tələb 129 manat, ödəniş məbləği və əsas borcdan silinmə 0 manat, əsas məbləğ üzrə borcdan qalıq 129 manat, cərimə borcu 19.38 manat, cəmi borc qalığı 148.35 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Quluzadə Sadiq Rəsul oğlunun xx.xx.2023 il tarixli PRK000398 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 129 manat, cərimə borcu 19.35 manat olmaqla, cəmi borcunun məbləği 148.35 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh Quluzadə Sadiq Rəsul oğluna müqavilə üzrə borcunu ödəməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə “Bildiriş” məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə Quluzadə Sadiq Rəsul oğlu arasında PRK000398 saylı xx.xx.2023-cü il tarixli Nisyə alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermişdir, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış müqavilə və sazişə əsasən tələb hüququ İddiaçı QSC-yə keçmişdir, alıcı Quluzadə Sadiq Rəsul oğlu müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan əsas borcu 129 manat, cərimə borcu 19.35 manat olmaqla, ümumilikdə 148.35 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, PRK000398 saylı xx.xx.2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 129 AZN borcun, 19,35 AZN cərimə borcunun, ümumilikdə 148.35 manat Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. PRK000398 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 129 manat əsas borc, 19,35 manat cərimə borcu olmaqla, ümumilikdə 148 (yüz qırx səkkiz) manat 35 (otuz beş) qəpik, dövlət rüsumunun əvəzi və xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6899/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6899/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver