Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-690/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “borcun Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “borcun Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ASC-nin Binəqədi filialı ilə cavabdeh İddiaçı arasında məlumatı olmadan, saxta imza istifadə edilərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində iddiaçıya 3500 manat məbləğində kreditin verildiyi qeyd edilmişdir. Həmçinin, kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə bank ilə X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçı LPO Cavabdeh ASC iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və X1 əsas borc üzrə 3278,02 manat, faiz borcu üzrə 871,84 manat, müqavilə bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5% faiz üzrə 1054,92 manat, cərimə borcu üzrə 3073,41 manat olmaqla, cəmi 8278,19 manat kredit borcunun və dövlət rüsumuna görə 30 manatın ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-4449/2018 saylı qətnaməsi ilə cavabdeh ondan, yəni İddiaçı LPO Cavabdeh ASC-nin xeyrinə 3278,02 manat əsas borc, 373,60 manat faiz borcu, 300 manat cərimə borcu, 600,96 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borcu, 20 manat dövlət rüsumu olmaqla, cəmi 4572,52 manat borcun tutulması qət edilmişdir. Daha sonra tərəfindən apellyasiya şikayəti verilmişdir. Kredit müqaviləsinin ona aid olmadığı apellyasiya baxışı zamanı sübut edilmiş və bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 301/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iddiaçının iddia tələbi rədd edilmişdir. Hazırda qətnamə qanuni qüvvəsini almışdır. Sonradan, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yaxınlaşaraq borcun silinməsi üçün müraciət etdikdə, sözügedən qətnamədə bankın üzərinə məhkəmə tərəfindən heç bir öhdəliyin qoyulmadığı bildirilərək bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, onun LPO "xxxx" ASC qarşısında olan borcunun Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən (MKR-dən) silinməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, borc iddiaçıya məxsus olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-4449/2018 saylı qətnaməsi ilə cavabdeh ondan, yəni İddiaçı LPO Cavabdeh ASC-nin xeyrinə 3278,02 manat əsas borc, 373,60 manat faiz borcu, 300 manat cərimə borcu, 600,96 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% borcu, 20 manat dövlət rüsumu olmaqla, cəmi 4572,52 manat borcun tutulması qət edilmişdir. Bankın hesabından pul çıxılmışdır. Lakin kassa məxaric orderi təqdim etmədiklrəri üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-301/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iddiaçının iddia tələbi rədd edilmişdir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-301/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(012)-4449/2018 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4449/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh ASC tərəfindən X5 ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli müraciətə baxılması haqqında məktubun məzmunundan görünür ki, yekun məhkəmə aktı qəbul edildikdən sonra müraciətinin cavablandırılacağı bildirilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X6 “12” noyabr 2021-ci il tarixli qərarının 3.5-ci bəndinə əsasən, kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Həmin qərarın 3.10-cu bəndinə əsasən MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ləğv prosesində olan Cavabdeh ASC İddiaçı və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4449/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 301/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, ləğv prosesində olan Cavabdeh ASC tərəfindən məhkəməyə kreditin verilməsini təsdiq edən kassa məxaric orderi təqdim edilməmişdir. Beləliklə, İddiaçı ləğv prosesində olan Cavabdeh ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin olmaması işin mübahisəsiz halıdır. Hazırda İddiaçı onun LPO "xxxx" ASC qarşısında olan borcunun Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən (MKR-dən) silinməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı iddiaçı, cavabdehə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, İddiaçı ləğv prosesində olan Cavabdeh ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin olmaması təsdiq edildiyi üçün iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh ASC qarşısında olan borcunun Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən (MKR-dən) silinməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “borcun Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən silinməsi” nə dair İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh ASC qarşısında olan borcunun Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən (MKR-dən) silinməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-690/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-690/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver