Məhkəmə qərarları › İş №e-2(011)-6947/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6947/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6947/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, “X1” Açıq Səhmdar Cəmiyyətinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1334,82 AZN əsas, 95,71 AZN faiz, 3,5 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1434,04 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 34,35 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədədir, iddia ərizəsində iddiaçı özünün poçt ünvanı kimi ünvan 1əhəri, Xətai rayonu, Gəncə prospekti, ev 67 B, mənzil 20 ünvanını göstərmişdir. Bununla belə, iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh ünvan 3 ünvanında rəsmi qeydiyyatdadır. İddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə Abşeron Rayon Məhkəməsinə verilməli olduğu halda, Bakı şəhəri Xətai rayon məhkəməsinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin ünvanın yerləşdiyi ərazi Bakı şəhəri Xətai rayonu Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, ərizənin Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 34,35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1334,82 AZN əsas, 95,71 AZN faiz, 3,5 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1434,04 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 34,35 AZN məbləğində vəsaitin tutulması” tələbinə dair ərizəsi geri qaytarılsın. “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 34 (otuz dörd) manat 35 (otuz beş) qəpik dövlət rüsumu qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar