Məhkəmə qərarları › İş №e-2(011)-6951/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6951/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6951/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borc tələbinə dair” (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 915 manat məbləğində borc məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği, ümumilikdə 945 manat məbləği tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra “iddiaçı” adlandırılacaq) ilə Cavabdeh (bundan sonra “cavabdeh” adlandırılacaq) arasında xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə malların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilələr bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə dəyəri 999 manat məbləğində 1 ədəd Apple Watch 7 45 mm Midnight–sg7fvtm64yk, xx.xx.2022-ci il tarixli müqavilə əsasında isə 849 manat məbləğində 1 ədəd 1 Apple Watch 7 41 mm Midnight-srwdlwv4v4t 12 ay müddətinə hissə-hissə ödənilməklə satılmışdır. Cavabdeh tərəfindən birinci müqavilə üzrə ilkin ödəniş kimi 100 manat ödənilmiş, qalan məbləğ hər ayın 6-da (2022-ci ilin sentyabr ayından başlayaraq) 84 manat ödənilməklə hissələrə bölünmüşdür. Nəticədə cavabdeh birinci müqavilə üzrə 12 ay müddətində 1007 manat ödəməli idi. Cavabdeh 2022-ci ilin sentyabr, oktyabr , noyabr, dekabr və 2023-cü ilin yanvar, fevral, mart ayları üçün сəmi 588 manat ödəmiş, aprel, may, iyun, iyul, avqust ayları üçün ödəniş olunmamışdır. Hal-hazırda cavabdehin birinci müqavilə üzrə borcu 419 manat təşkil edir. Cavabdeh tərəfindən ikinci müqavilə üzrə ilkin ödəniş kimi 85 manat ödənilmiş, qalan məbləğ hər ayın 12-də (2022-ci ilin oktyabr ayından başlayaraq) 72 manat ödənilməklə hissələrə bölünmüşdür. Nəticədə cavabdeh ikinci müqavilə üzrə 12 ay müddətində 856 manat ödəməli idi. Cavabdeh 2022-ci ilin oktyabr , noyabr, dekabr və 2023-cü ilin yanvar, fevral ayları üçün сəmi 360 manat ödəmiş, 2023-cü ilin mart, aprel, may, iyun, iyul, avqust ayları üçün ödəniş olunmamışdır. Hal-hazırda cavabdehin ikinci müqavilə üzrə borcu 496 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilən iki müqavilə üzrə cavabdehin iddiaçıya olan borcun ümumi məbləği 915 manat təşkil edir. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən, alıcı, yəni cavabdeh bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli ilə nəzərdə tutulan ödəmə müddətlərindən hər hansı birini 30 gündən artıq müddətə pozduqda satıcının, yəni iddiaçının birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, bu müqaviləyə satıcı tərəfindən birtərəfli qaydada xitam verilməsi haqqında xəbərdar edilmiş alıcı, xəbərdar edildiyi tarixdən keçən 10 (on) təqvim günü ərzində malın dəyərini satıcıya tam ödəməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə pretenziyaları göndərərək sözügedən müqavilələrə birtərəfli qaydada xitam verilməsini bildirmiş və iddiaçıya olan 915 manat məbləğində (bir pretenziyada bir müqavilə üzrə 419 manat, 2-ci müqavilə üzrə 496 manat) borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin, buna baxmayaraq, borc bu günədək ödənilməmişdir. Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri təqdim edilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən Apple Watch 7 45 mm Midnight–sg7fvtm64yk, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Apple Watch 7 41 mm Midnight-srwdlwv4v4t almışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-dən Apple Watch 7 45 mm Midnight–sg7fvtm64yk təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-dən Apple Watch 7 41 mm Midnight-srwdlwv4v4t təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 915 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 915 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 915 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il və xx.xx.2022-ci il müqaviləsinə əsasən, Apple Watch 7 45 mm Midnight–sg7fvtm64yk və Apple Watch 7 41 mm Midnight-srwdlwv4v4t üçün ümumilikdə 915 manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 915 (doqquz yüz on beş) manat borc tutularaq İddiaçı hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar