Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6959/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçıın vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh Hüseyn oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. İddiaçının cavabdehə və Gülxar Ələkbərovaya (cavabdehin anasıdır) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən işin faktiki halı kimi müəyyən edilmişdir ki, tərəflər birgə nikahda olduqları vaxt "xxxx" MTK (bundan sonra - Kooperativ) ilə cavabdeh arasında xx.xx.2007ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə bağlanmış, Kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120.19 kv.m olan 183 saylı mənzili (bindan sonra – Mənzil) payçıya verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin pay dəyərinin cavabdeh tərəfindən tam ödənilməsi barədə Kooperativ tərəfindən arayış verilmişdir. Sonradan (tərəflərin nikahları pozulduqdan sonra) cavabdeh Mənzildən və həmin cəmiyyətdə olan payından imtina etməsi və müqavilənin ləğv edilməsinə dair sazişin bağlanılması barədə xx.xx.2022-ci il tarixdə notarial qaydada ərizə vermişdir. Həmin tarixdə Mənzillə bağlı cavabdehin anası X5 ilə Kooperativ arasında kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmış, Mənzilin dəyərinin tam ödənilməsi barədə yenidən sonuncuya arayış verilmişdir (Mənzilin 183 sonradan 202 nömrə ilə əvəz edilmişdir).
3. Həmçinin də, iş materialları ilə müəyyən edilir ki, Mənzilə dair ilkin mülkiyyət hüququ Gülxar Ələkbərovanın (cavabdehin anası) adına qeydiyyatdan keçməklə, bu barədə ona (qeydiyyat nömrəsi: **********) xx.xx.2022-ci il tarixdə Çıxarış verilmiş, xx.xx.2022-ci il tarixdə isə Gülxar Ələkbərova ilə X9 arasında Mənzilin alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********), bu barədə Çıxarış verilmişdir. Həmin müqavilə ilə Mənzilin satış qyməti 163668 manat müəyyən edilmişdir.
4. Daha sonra iddiaçının cavabdehə və Gülxar Ələkbərovaya qarşı (Kooperativ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Mənzilə X4 arasında xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilənin etibarsız hesab edilməsi,ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, Mənzildə azyaşlı uşaqlarının da mənafeləri nəzərə alınmaqla, 2/3 hissədə payının müəyyən edilməsi və istifadə hüququnun tanınması ilə onun azyaşlı uşaqları ilə birlikdə Mənzilə köçürülmələri barədə iddası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş, X4 arasında xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilə etibarsız hesab edilmiş və Mənzilin dəyəri olan 163668 manat pulun ½ hissəsinin dəyərinin, yəni 81834 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edimiş birinci insatnsiya məhkəməsəinin qətnaməsi Mənzilin dəyəri olan 163668 manat pulun ½ hissəsinin dəyərinin, yəni 81834 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissədində ləğv edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlamılmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı ona vurduğu maddi zərərin əvəzi olaraq 81384 manat pulun və ödədiyi 336 manat dövlət rüsumunun, cəmi 82170 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçının vəkili v nümayəndəsi sonradan iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçının ödədiyi mediasiya xərcinin əvəzi olaraq 55 manatın, e-16(011)-946/2023 saylı iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 34 manatın, 16(011)-1052/2023 saylı iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 34 manatın, cəmi 123 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsində göstərmişlər ki, cavabdehlə birgə nikahda olarkən, "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən kooperativ Mənzilini cavabdehə verməyi, cavabdeh isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən mənzilin pay dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir. İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə birgə nikaha daxil olmuşlar, sonradan münasibətləri pozulduğundan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3089/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra cavabdeh Mənzilin birgə nikah dövründə əldə olunduğunu pərdələmiş və bununla da Mənzil üzərində iddiaçının hüququnun tanınmasına maneçilik törətmişdir. "xxxx" MTK-ya cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən cavabdeh "xxxx" MTK-da xx.xx.2007ci il tarixli nmüqaviləyə əsasən payına münasib verilmiş qeyd olunan mənzildən və həmin cəmiyyətdə olan payından imtina etdiyini, əvəzinə həmin paya münasib digər şəxslə müqavilə bağlanmasına, tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən mənzilin həmin şəxs tərəfindən özəlləşdirilərək satılmasına etiraz etmədiyini bildirmiş, həmin mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsinə dair sazişin bağlanılmasını xahiş etmişdir. Qeyd olunan mənzillə bağlı cavabdehin anası X5 ilə "xxxx" MTK arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında 06 aprel 2022-ci il tarixli, 202 saylı müqavilə əsasında kooperativ sözügedən mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tam şəkildə ödənildikdən sonra qeyd olunan mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən G.C.Ələkbərovaya çıxarış verilmişdir. Daha sonra qeyd olunan mənzil 12 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi ilə X5 tərəfindən 163668 manat qiymətinə X1 və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Mənzil tam payda X6 xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(007)-1768/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş Mənzilə dair, "xxxx" MTK ilə X5 arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilənin etibarsız hesab edilməsi, Mənzilin dəyəri olan 163668 manat pulun ½ hissəsinin, yəni 81834 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1555/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1768/2022 saylı qətnaməsi mübahisələndirilən Mənzilin dəyəri olan 163668 manat pulun ½ hissəsi, yəni 81834 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi ilə bağlı hissədə ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 iyul məktubundan görünür ki, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən aydın olur ki, Nizami Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(007)-1768/2022 saylı qətnaməsi prosessual səbəbdən qismən ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(103)-1555/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsinin 80-ci bəndində müəyyən edilmişdir ki, Mənzil iddiaçı ilə cavabdehin birgə nikahı dövründə əldə edilmiş əmlakdır və cavabdeh onu mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçıın vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. Maddə 225.1. Ərlə arvadın birgə nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
11. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
12. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
13. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
14. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
15. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
16. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirakı edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, ər-arvadın əmlakının refiminin iki qaydasə nzərədə tutulmuşdur: qanuni rejim (ər-arvadın birgə əmlakına dair qanunla müəyyən edilmiş qaydalar tətbiq edilir) və müqavilə rejimi (ər-arvadın birgə əmlakına dair tərəflərin özlərinin nikah müqaviləsində müəyyənləşdirdikləri qaydalar tətbiq edilir). Qanuni rejimi o zaman qüvvədə olur ki, ər-arvad arasında nikah müqaviləsi mövcud olmur.
23. Tərəflər arasında nikah müqaviləsi olmamışdır. Bu halda hazırkı mübahisəyə birinci, yəni ər-arvadın əmlakının qanuni rejimi tətbiq ediləcəkdir.
24. Həm Mülki Məcəllənin 225.1, həm də Ailə Məcəlləsinin 32.2-ci maddələrində əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən etmişdir: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur.
25. İddiaçı ilə cavabdehin xx.xx.2006-cı il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas).
26. İkinci və üçüncühüquqi əsasın, yəni Mənzilin iddiaçı ilə cavabdehin birgə nikahda olduqları müddətdə və onların birgə qazancları hesabına əldə edilməsi də iş materialları əsasında müəyyən olunur. Belə ki, "xxxx" MTK (bundan sonra - Kooperativ) ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, Kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120.19 kv.m olan 183 saylı mənzili (bindan sonra – Mənzil) payçıya (cavabdehə) verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
27. Digər bir tərəfdən, Mənzilin tərəflərin birgə nikahda olduqları dövrdə, həm də iddiaçı ilə cavabdehin birgə qazancı hesabına əldə edilməsi və buna görə də tərəflərin ümumi birgə əmlakı hesab olunması artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən olunmuşdur. Belə ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “İşdə olan sübutlarla təsdiq olunur ki, Mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir” Həmçinin, Mənzilin tərəflərin birgə nikaha daxil olduqları xx.xx.2006-cı il tarixdən sonra, yəni xx.xx.2007-ci il tarixdə əldə edildiyindən, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsinin işin mübahisəsiz halı olması sözügedən qətnamədə qeyd olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1555/2023 saylı qətnaməsinə əsasən qismən təmin edilərək, qətnamə qismən ləğv edilsə də, apellyasiya məhkəməsi Mənzilin tərəflərin birgə nikah dövründə əldə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin 71-ci bəndində Mənzilin işdə olan sübutlar əsasında tərəflərin birgə nikah dövründə əldə etmələrini qeyd etmişdir. Beləliklə, Mənzilin tərəflərin birgə (birgə nikah dövründə və birgə qazan hesabına əldə edilməsi) əmlak olması həm iş materialları əsasında, həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iş üzrə ikinci və üçüncü hüquqi əsas da mövcuddur.
28. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı izahatında Mənzilin tərəflərin birgə nikaha daxil olmazdan əvvəl cavabdeh tərəfindən əldə edildiyini bildirərək, məhkəməyə cavabdehlə "xxxx" MTK arasında xx.xx.2005-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin surətini təqdim etsə də, sözegedən müqavilənin əsli 3 ay ərzində davam edən məhkəmə prosessi gedişində, nə də əvvəlki məhkəmə prosessləri gedişində məhkəmələrə təqdim olunmamışdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1555/2023 saylı qətnaməsinin 73-cü bəndi).
29. Mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi ilə bağlı isə məhkəmə qısaca olaraq bildirir ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehlə anası Gülxar Ələkbərova arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hüquqi nəticəyə gələrkən həmin müqavilənin görünüş yaratmaq məqsədi ilə bağlanıldığı, cavabdehin Mənzili bölgüdən yayındırmaq məqsədilə özgəninkiləşdirdiyini qeyd etmişdir.
30. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində Mənzil özgəninkiləşdirildiyindən Mənzil üzərində tərəflərin payları müəyyən edilməmiş, lakin Mənzilin satış qiyməti olan 163 668 manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 81 834 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq yalnız məhkəmənin tələbdən kənara çıxaraq qətnamə qəbul etməsi aspektindən çıxış edərək Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv etmişdir. Bununla belə, Apellyasiya Məhkəməsi qətnamənin 85-ci bəndində iddiaçıya iddianın əsasını (zərərdən irəli gələn tələb) və predmetini (pul tələbi) dəyişməklə cavabdehə qarşı tələb irəli sürmək hüququnu da izah etmişdir.
31. Məhkəmə Mənzilin satış qiymətinin məbləği ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən Mənzilin satış qiyməti mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki Mənzilin satış qiyməti olan 163 668 manat məbləğində pul vəsaitinin ½ hissəsi, yəni 82 170 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Məhkəmə həmçinin iddia tələbinin məhkəməyə ödənilmiş dövlət rüsumunun, mediasiya təşkilatına ödənilmiş dövlət rüsumu və müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması, müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilməsi, eləcə də, mediasiya təşkilatına müraciət etməsi ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 81 834 manat məbləğində pul vəsaiti, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 336 manat məbləğində, mediasiya xərcinin əvəzi olaraq 55 manat məbləğində, müvəqqəti təminat tədbiri barədə ərizələrin verilməsinə görə ödənilmiş cəmi 68 manat olmaqla, ümumilikdə 82 293 manat məbləğində pul vəsaiti Cavabdeh Hüseyn oğlundan tutularaq X3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı