Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6965/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) 12 noyabr 2020-ci il tarixli müqavilə üzrə, İmei kodu **********61619 olan Samsung Galaxy A31 markalı telefon üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu; 2) 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə, Marvin dolab üçün 349 manat ödənilməmiş hissə, 34 manat cərimə borcu; 3) 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə, HP markalı kompüter üçün 402 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu; 4) 12 aprel 2021-ci il tarixli müqavilə üzrə, İmei kodu **********86059 olan Samsung Galaxy A12 markalı telefon üçün 173 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu; 5) 08 avqust 2021-ci il tarixli müqavilə üzrə, Hovuz Bestway üçün 71.60 manat ödənilməmiş hissə, 7.40 manat cərimə borcu; 6) 29 avqust 2021-ci il tarixli müqavilə üzrə, İmei kodu **********12082 olan X1 8 markalı telefon üçün 352.40 manat ödənilməmiş hissə, 35.60 manat cərimə borcu; 7) 21 oktyabr 2021-ci il tarixli müqavilə üzrə, İmei kodu **********27301 olan Xiaomi Redmi 10 markalı telefon üçün 386.80 manat ödənilməmiş hissə, 32.20 manat cərimə borcu; 8) 03 noyabr 2021-ci il tarixli müqavilə üzrə, Samsung markalı tozsoran üçün 202.02 manat ödənilməmiş hissə, 20.98 manat cərimə borcu; 9) 06 noyabr 2021-ci il tarixli müqavilə üzrə, Babyliss markalı fen üçün 185.80 manat ödənilməmiş hissə, 18.20 manat cərimə borcu; 10)27 dekabr 2021-ci il tarixli müqavilə üzrə, Hoffman markalı paltaryuyan üçün 438.60 manat ödənilməmiş hissə, 43.40 manat cərimə borcu olmaqla, ümumilikdə 2.893 manat borcun və 48.93 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış 21 noyabr 2020-ci il, 27 noyabr 2020-ci il, 27 noyabr 2020-ci il, 12 aprel 2021-ci il, 08 avqust 2021-ci il, 29 avqust 2021-ci il, 1 oktyabr 2021-ci il, 03 noyabr 2021-ci il, 06 noyabr 2021-ci il və 27 dekabr 2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh, İmei kodu **********61619 olan Samsung Galaxy A31 markalı telefon, Marvin dolab, HP markalı kompüter, İmei kodu **********86059 olan Samsung Galaxy A12 markalı telefon, Hovuz Bestway, İmei kodu **********12082 olan X1 8 markalı telefon, İmei kodu **********27301 olan Xiaomi Redmi 10 markalı telefon, Samsung markalı tozsoran, Babyliss markalı fen və Hoffman markalı paltaryuyan almış və nəticədə 2.893 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 12 noyabr 2020-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 702 manat olan İmei kodu **********61619 olan Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 77 manat olmaqla, ondan 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu; 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 1.283,40 manat olan Marvin dolab üçün ümumilikdə 383 manat olmaqla, ondan 349 manat ödənilməmiş hissə, 34 manat cərimə borcu; 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 2.436 manat olan HP markalı kompüter üçün ümumilikdə 442 manat olmaqla, ondan 402 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu; 12 aprel 2021-ci il tarixli müqavilə üzrə alğısatqı qiyməti 448.20 manat olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 190 manat olmaqla, ondan 173 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu; 08 avqust 2021-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 171.60 manat olan Hovuz Bestway üçün ümumilikdə 79 manat olmaqla, ondan 71.60 manat ödənilməmiş hissə, 7.40 manat cərimə borcu; 29 avqust 2021-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 545.40 manat olan İmei kodu **********12082 olan X1 8 markalı telefon üçün ümumilikdə 388 manat olmaqla, ondan 352.40 manat ödənilməmiş hissə, 35.60 manat cərimə borcu; 21 oktyabr 2021-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 581.40 manat olan İmei kodu **********27301 olan Xiaomi Redmi 10 markalı telefon üçün ümumilikdə 425 manat olmaqla, ondan 386.80 manat ödənilməmiş hissə, 38.20 manat cərimə borcu; 03 noyabr 2021-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 286.02 manat olan Samsung markalı tozsoran üçün ümumilikdə 223 manat olmaqla, ondan 202.02 manat ödənilməmiş hissə, 20.98 manat cərimə borcu; 06 noyabr 2021-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 241.20 manat olan Babyliss markalı fen üçün ümumilikdə 204 manat olmaqla, ondan 185.80 manat ödənilməmiş hissə, 18.20 manat cərimə borcu; 27 dekabr 2021-ci il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 660.60 manat olan Hoffman markalı paltaryuyan üçün ümumilikdə 482 manat olmaqla, ondan 438.60 manat ödənilməmiş hissə, 43.40 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4.726,60 manat təşkil edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: Tərəflər arasında 12 noyabr 2020-ci il, 27 noyabr 2020-ci il, 27 noyabr 2020-ci il, 12 aprel 2021-ci il, 08 avqust 2021-ci il, 29 avqust 2021-ci il, 21 oktyabr 2021-ci il, 03 noyabr 2021-ci il, 06 noyabr 2021-ci il və 27 dekabr 2021-ci il tarixli müqavilələr bağlanmışdır. İddiaçı müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş - tam və vaxtında ödəniş etməmişdir. Onun iddiaçıya borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 12 noyabr 2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 70 manat, cərimə borcu 7 manat; 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 349 manat, cərimə borcu 34 manat; 27 noyabr 2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 402 manat, cərimə borcu 40 manat; 12 aprel 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 173 manat, cərimə borcu 17 manat; 08 avqust 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 71.60 manat, cərimə borcu 7.40; 29 avqust 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 352.40 manat, cərimə borcu 35.60 manat; 21 oktyabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 386.80 manat, cərimə borcu 38.20 manat; 03 noyabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 202.02 manat, cərimə borcu 20.98 manat; 06 noyabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 185.80 manat, cərimə borcu 18.20 manat; 27 dekabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 438.60 manat, cərimə borcu 43.40 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 48.93 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 12 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, 70 (yetmiş) manat əsas borc, 7 (yeddi) manat cərimə; 27 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, 349 (üç yüz qırx doqquz) manat əsas borc, 34 (otuz dörd) manat cərimə; 27 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, 402 (dörd yüz iki) manat əsas borc, 40 (qırx) manat cərimə; 12 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, 173 (bir yüz yetmiş üç) manat əsas borc, 17 (on yeddi) manat cərimə; 08 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, 71.60 (yetmiş bir manat altmış qəpik) manat əsas borc, 7.40 (yeddi manat qırx qəpik) manat cərimə; 29 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, 352.40 (üç yüz əlli iki manat qırx qəpik) manat əsas borc, 35.60 (otuz beş manat altmış qəpik) manat cərimə; 21 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən, 386.80 (üç yüz səksən altı manat səksən qəpik) manat əsas borc, 38.20 (otuz səkkiz manat iyirmi qəpik) manat cərimə; 03 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən, 202.02 (iki yüz iki manat iki qəpik) manat əsas borc, 20.98 (iyirmi manat doxsan səkkiz qəpik) manat cərimə; 06 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən, 185.80 (bir yüz səksən beş manat səksən qəpik) manat əsas borc, 18.20 (on səkkiz manat iyirmi qəpik) manat cərimə; 27 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən, 438.60 (dörd yüz otuz səkkiz manat altmış qəpik) manat əsas borc, 43.40 (qırx üç manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 2.893 (iki min səkkiz yüz doxsan üç) manat pul vəsaiti və 48.93 (qırx səkkiz manat doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6965/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6965/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver