Məhkəmə qərarları › İş №e-2(011)-6984/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6984/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6984/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3844,25 AZN əsas, 361,03 AZN faiz, 23,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4228,44 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 62,29 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 4200 manat məbləğində kredit xətti açılmışdır. X2 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 7 sentyabr 2023, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 3844,25 AZN əsas, 361,03 AZN faiz, 23,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4228,44 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi Oferta müqaviləsinə görə, Bu oferta (gələcəkdə həm müqavilə, həm də oferta kimi təsvir oluna bilər) üzrə Müştəriyə fərqli valyutalarda bir neçə hesablar açıla bilər (VİSA karta bağlı AZN, USD, EUR, GBP valyutasında, Mastercard-a bağlı AZN, USD, EUR valyutasında), bir və ya bir neçə ödəniş kartı (sonradan “kart”) təqdim edilə bilər. Bankın texniki imkanları nəzərə alınmaqla, gələcəkdə Müştəri tərəfindən internet bankçılıq və ya mobil əlavə vasitəsilə müxtəlif bank hesabları açıla bilər. Müştəri tərəfindən hər bir karta bağlı olan bank hesabları fərqli müəyyən edilə bilər. Bu oferta üzrə Müştəri Banka məxsus mobil əlavə üzərindən və ya istənilən filiala yaxınlaşmaqla karta bağlı bir daimi bərkidilmiş hesab seçir. Bank tərəfindən xidmət aktivləşdirildikdən sonra Müştəriyə mobil əlavə vasitəsilə və ya mümkün olan digər elektron üsullarla (bundan sonra “elektron üsul”) məlumat verildikdən sonra Müştəri Banka məxsus mobil əlavə və ya istənilən filiala yaxınlaşmaqla əlavə olaraq bir müvəqqəti bərkidilmiş hesab seçə bilər. Daha sonra, Müştəri, fərqli valyutadan istifadə etmək istədikdə mobil əlavə üzərindən hesabı manual (əlavədə “valyutanı dəyiş” funksiyasını seçməklə) olaraq dəyişərək əməliyyatlar edə bilər. Yalnız mobil tətbiqdə nəzərdə tutulan əməliyyatlardan Bank tərəfindən texniki imkanlar yaradıldıqda digər elektron üsulla istifadə edilə bilər. Müştəri kartdan debet, kredit/kredit xətti, əmək haqqı kartı kimi istifadə etmək hüququ əldə edir. Həmçinin, kart müştəriyə nağd qaydada rəsmiləşdirilən kredit vəsaitinin əldə edilməsi üçün bir alət kimi (yəni POS/ATM terminaldan nağdlaşdırmaqla) istifadə hüququ verir. Kartı ancaq debet kart kimi əldə edən müştəri mobil tətbiq vasitəsilə kredit üçün müraciət edərsə, "xxxx" MMC-dən və Asan-Finans dövlət portalından Müştəri haqqında olan bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə dair müvafiq sənədləri analoq imza vasitəsilə təsdiq edir. Bu oferta ilə Müştəriyə təqdim edilən kart əmanət üçün hesablanan faiz gəlirlərinin əldə edilməsi üçün istifadə edilə bilər. Bu oferta üzrə Müştəri ilə Bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil əlavə vasitəsilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. Bu oferta 25 (iyirmi beş) il müddətinə Bank və Müştəri arasındakı münasibətləri əhatə edir. Bu müddət ərzində Bank elektron üsulla və ofertanın şərtlərinə uyğun dəfələrlə kredit verə və bu oferta ilə müəyyən olunmuş digər bank xidmətlərini təqdim edə bilər. Müştəri, bu müqavilənin qüvvədə olduğu müddət ərzində istənilən vaxt Azərbaycan Kredit Bürosundan və Asan-Finans dövlət portalından Müştəri haqqında olan bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə, həmçinin beynəlxalq kart təşkilatlarının (VİSA, Mastercard və s.) təqdim etdiyi xidmətlərə qoşulmaq və həmin xidmətlərdən istifadə etmək məqsədilə ona aid zəruri məlumatların ötürülməsinə əvvəlcədən öz razılığını bildirir və bu razılığını birtərəfli qaydada geri götürə bilməz. Müştəri bu müqavilə üzrə ona təqdim edilmiş ödəniş kartından debet kartı kimi istifadə edə bilər. Ödəniş kartının cari hesabındakı şəxsi vəsaitlərin gündəlik qalığına tariflərə uyğun faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü Müştərinin istifadəsindəki kartın cari hesabına köçürülür. Bank, bu ofertaya və Müştəri ilə ayrıca bağlanan və bu ofertanın şərtləri tətbiq edilən müqavilələrə birtərəfli qaydada dəyişiklik edə bilər və bu ofertanı və həmin müqavilələri Müştəriyə münasibətdə birtərəfli qaydada ləğv edə bilər. Bu müqavilə üzrə gələcəkdə Müştərinin Bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsilə və ya Müştərinin Banka bildirdiyi elektron poçt ünvanına, həmçinin mobil bankçılıq vasitəsilə və ya mümkün olan digər formada Bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar, kredit barədə təkliflər, kredit borcu üzrə məlumat, öhdəliklərin icrası, o cümlədən bank qarşısında icra edilməmiş öhdəlikləri barədə bildiriş, reklam xarakterli məlumatlar göndərilə bilər. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli, BANK/PİKMD/1129274 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh iddiaçıya 7935nkAHMb/22 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 3844,25 manat əsas, 361,03 manat faiz, 23,16 manat cərimə, 0 manat komissiya olmaqla, cəmi 4228,44 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, Cavabdeh aşağıdakı məzmunda ərizəni imzalamaqla təsdiq edir ki, o, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 ümumi ofertası ilə tanış olmuş, onun bütün şərtləri ilə razıdır, bütün öhdəliklərini vaxtlı-vaxtında, düzgün, qeydşərtsiz yerinə yetirəcək. Nağd kredit və ya kredit xətti üzrə şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edir. Ona ayrılacaq kredit xətti limitinin Bankın mülahizəsinə görə azaldılması və çoxaldılmasına razılıq verir. Tərəfındən kredit limitinin azaldılması və artırılması, həmçınin nağd kredit ilə bağlı Banka müraciət edəcəyi halda bu barədə Bankın qəbul edəcəyi müvafıq qərarla razıdır. Bütün bu məlumatlandırmaların ona SMS (**********), mobil əlavə vasitəsilə və ya ofertada göstərilən digər elektron üsullarla göndərilməsinə razıdır, "xxxx" KB ASC tərəfindən tələb edildiyi kimi münasibət bildirəcək. Bütün bank hesabları və Müqavilə ilə bağlı butün yazışmaları yazılı qaydada və ya ofertanın şərtlərinə uyğun olaraq Bankın mülahizəsi ilə SMS və ya digər məsafədən istifadə olunan kanallar vasitəsilə edilməsini xahiş edir və razıdır. Bank qarşısındakı istənilən öhdəliyinin icrasının təminatı olaraq, vaxtında yerinə yetirilməyən öhdəliyinin icrası məqsədilə ona məxsus bütün bank hesablarından, eləcə də digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silinmə aparılmasına etiraz etmir, əksinə razılığını bildirir. Onun ödəniş kartı ilə aparacağı əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyini qəbul edir. İş materiallarından görünür ki, X1 məxsus ********** mobil nömrəsinə 7935nkAHMb/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə “Sizə xx.xx.2025-ci il tarixədək, illik 28%-lə 4200 AZN kredit təklif edirik. Komissiya 131 AZN. Aylıq ödəniş 174 AZN. Təsdiq üçün 8117-ə YES yazın. Vəsait kartınıza köçürüldü. Unibank ATM-lərindən nağdılaşdıra bilərsiniz. Ödəniş tarixi hər ayın 26. Kredit 7935nkAHMb/22, PİN kodunuz: xxxxxxx” məzmunda SMS göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan 4044,25 manat borc məbləğini tam olaraq 3 iş günü müddətində ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 62,69 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsinə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən, ona xx.xx.2025-ci il tarixinədək ödəmək şərtilə illik 28% olmaqla 4200 manat məbləğində kredit verilməsinə dair tərəflər arasında xx.xx.2022-ci il tarixli 7935nkAHMb/22 nömrəli kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri etməməklə - müqavilənin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya 3844,25 manat əsas, 361,03 manat faiz, 23,16 manat cərimə, 0 manat komissiya olmaqla, cəmi 4228,44 borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixli 7935nkAHMb/22 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehdən 3844,25 manat əsas, 361,03 manat faiz, 23,16 manat cərimə, 0 manat komissiya olmaqla, cəmi 4228,44 manat alınaraq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 62,29 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən 3844,25 manat əsas, 361,03 manat faiz, 23,16 manat cərimə, 0 manat komissiya olmaqla, cəmi 4228 (dörd min iki yüz iyirmi səkkiz) manat 44 (qırx dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat 29 (iyirmi doqquz) qəpik alınaraq "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar