Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia tələbi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixdə verilmiş 50000 (əlli min) manat məbləğli kredit üzrə onun 18 mart 2022-ci il tarixə banka əsas borcu 34457.78 (otuz dörd min dörd yüz əlli yeddi manat 78 qəpik) manat, faiz borcu üzrə 4493.53 (dörd min dörd yüz doxsan üç manat 53 qəpik) manat, 28 oktyabr 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1476.48 (bir min dörd yüz yetmiş altı manat 48 qəpik) manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 (sıfır) manat, cəmi 40427.79 (qırx min dörd yüz iyirmi yeddi manat 79 qəpik) manat, 211.28 (iki yüz on bir manat 28 qəpik) manat dövlət rüsumunun və 45 (qırx beş) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 40684.07 (qırx min altı yüz səksən dörd manat 07 qəpik) manatın tutulması, cavabdeh Zamin məxsus, 26 iyul 2019cu il tarixli, 114-NFİ-0178 №-li ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ünvanında yerləşən, daşınmaz əmlakın ümumi sahəsi 221.4 m kv.m olan 555F saylı bağ evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 40684.07 (qırx min altı yüz səksən dörd manat 07 qəpik) manat məbləğində borcun ödənilməsi və 2-ci cavabdeh Zamin məxsus 26 iyun 2019-cu il tarixli, 1**-NF-***8 № -li ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən (daşınmaz əmlakın ümumi sahəsi 221.4 m kv.m) olan 555F saylı bağ evinin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq, MM-nin 447.5-ci maddəsinə əsasən illik 5% faiz hesablanmaqla 5972.68 manat pul vəsaitinin tutulması, iddianın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə 1-ci Cavabdeh arasında bağlanmış 26 iyun 2019-cu il tarixli, 114- NF-0178 №-li kredit müqaviləsinə əsasən ona illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öz öhdəsinə götürür. Kreditin təminatı olaraq, 2-ci cavabdeh Zamin məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən, daşınmaz əmlakın ümumi sahəsi 221.4 m kv.m olan 555F saylı bağ evi 26 iyul 2019-cu il tarixli, 114-NFİ-0178 №-li ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndlərinə əsasən 1-ci Cavabdeh kreditdən istifadə müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqavilənin ayrılmaz hissəsi olan tərəflər arasında yazılı tərtib edilmiş ödəniş cədvəli üzrə həyata keçirir. xx.xx.2019-cu il tarixdə verilmiş 50000 (əlli min) manat məbləğli kredit üzrə onun Banka 28 mart 2022-ci il tarixə əsas borcu 34457.78 (otuz dörd min dörd yüz əlli yeddi manat 78 qəpik) manat, faiz borcu üzrə 4493.53 (dörd min dörd yüz doxsan üç manat 53 qəpik) manat, 28 oktyabr 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1,476.48 (bir min dörd yüz yetmiş altı manat 48 qəpik) manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 (sıfır) manat, cəmi 40427.79 (dörd min dörd yüz iyirmi yeddi manat 79 qəpik) manat məbləğində borcu yaranmışdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, cavabdeh tərəfin məhkəmə prosesini suni şəkildə uzatdığını, ekspertizalarda mülki işin uzun müddət qaldığını bildirmişdir. Cavabdehdən ekspert rəyinə uyğun olaraq əsas və faiz borclarının tutulması, həmçinin gecikdirilmiş günlər üçün 5 faizdən hesablanmaqla dəbbə pulunun tutulmasını məhkəmədən xahiş etmişdir. Həmçinin nümayəndə bildirmişdir ki, AFB Bank ASC-nin “Nəsimi” filialının fəaliyyəti dayandırıldığına görə bütün müştəri hesabları üzrə xidmətin AFB Bank ASC-nin “Mərkəz” filialında davam etdirilməsi qərara alınmışdır. Fiziki şəxslərdən fərqli olaraq, sahibkar fiziki şəxslər və hüquqi şəxslər filial dəyişəndə, hesab açılması üçün “Mərkəz” filialına, bildiriş, dublikat təqdim etməlidir ki, hesab açılsın. Fərdi sahibkar olan fiziki şəxslər üçün yeni filialda hesab açılmasına yeni şəhadətnamə-dublikat tələb olunduğu halda, Cavabdeh bu tələbi icra etmədiyindən ona yeni hesab açılmamışdır. Cavabdeh AFB Bank ASC-nin “Mərkəz” filialında sahibkar hesabı açmadan, kredit borcu hesabına 20.000 manat məbləğində ödəniş etsə də, yeni hesab açılmadığından bu məbləğ kredit borcuna silinmədən tranzit hesabda qalmışdır. Dəfələrlə Cavabdeh Bank tərəfindən sahibkar hesabı açılması barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hesab açmaqda çətinliklərlə qarşılaşmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli 1**-NF-***8 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X2 arasında bağlanmış 26 iyul 2019-cu il tarixli 114-NFİ-0178 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdeh Zamin məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ümumi sahəsi 221.4 kv.m olan 555F saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında İddiaçı ASC tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 28 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə 34457.78 manat əsas, 4493.53 manat faiz və 1476.48 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən təsdiq edilmiş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 04 noyabr 2019-cu il tarixdə 308 manat, 02 dekabr 2019-cu il tarixdə 1813 manat, 30 dekabr 2019-cu il tarixdə 1800 manat, 13 noyabr 2020-ci il tarixdə 20000 manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin ünvanladığı 22 fevral 2022-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi və öhdəliyin icra edilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehlərə xəbərdarlıq göndərilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh 10 noyabr 2020-ci il tarixdə sahibkar fiziki şəxslər üçün tranzit hesaba 20000 manat ödəniş etmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, 10 noyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən ödənilmiş 20000 manat pul vəsaiti 18 iyun 2021-ci il tarixdə kredit hesabına köçürülmüşdür. "xxxx" MMC tərəfindən 15 sentyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ümumi sahəsi 221.4 kv.m olan 555F saylı bağ evinin bazar dəyəri 160000 manat, likvid dəyəri isə 140000 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli 9/4990 saylı ekspert rəyindən görünür ki, 28 mart 2022-ci il tarixə Cavabdeh 12839 manat əsas, 797.48 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli 9/3412 saylı ekspert rəyindən görünür ki, 28 mart 2022-ci il tarixə Cavabdeh 45270 saylı hesabdan çıxarış məlumatları və 18 iyun 2021-ci il tarixli 14493371 nömrəli ödəniş tapşırığı nəzərə alınmamaqla 29651.62 manat əsas, 6338.78 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli 9/3412 saylı ekspert rəyindən görünür ki, 28 mart 2022-ci il tarixə Cavabdeh 45270 saylı hesabdan çıxarış məlumatları və 18 iyun 2021-ci il tarixli 14493371 nömrəli ödəniş tapşırığı nəzərə alınmaqla 12839.17 manat əsas, 797.48 manat faiz borcu vardır. İddiaçı ASC-nin Müşahidə Şurasının iclasının 35/21 nömrəli protokolundan görünür ki, borcalan Cavabdeh xx.xx.2019-ci il tarixdə verilmiş 50 000 manat məbləğində kredit üzrə əlavə hesablanmış 2105,85 manat faizlər, 1 074,29 manat dəbbə pulunun alınması hüququndan imtina edilərək balansdan silinməsi bəyənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli 9/8454 saylı ekspert rəyindən görünür ki, 28 mart 2022-ci il tarixə Cavabdeh 13 noyabr 2020-ci il tarixli 20000 manat məbləğində ödəniş və 18 iyun 2021-ci il tarixli 14493371 nömrəli ödəniş tapşırığı nəzərə alınmaqla 29651.62 manat əsas, 6338.78 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli 9/8454 saylı ekspert rəyindən görünür ki, 28 mart 2022-ci il tarixə Cavabdeh 18 iyun 2021-ci il tarixli 14493371 nömrəli ödəniş tapşırığı nəzərə alınmaqla 12839.17 manat əsas, 797.48 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli 9/3652 saylı ekspert rəyindən görünür ki, 28 mart 2022-ci il tarixə Cavabdeh 13 noyabr 2020-ci il tarixli 20000 manat məbləğində ödəniş və 18 iyun 2021-ci il tarixli 14493371 nömrəli ödəniş tapşırığı nəzərə alınmaqla 29651.62 manat əsas, 6338.78 manat faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli 9/3652 saylı ekspert rəyindən görünür ki, 28 mart 2022-ci il tarixə Cavabdeh 18 iyun 2021-ci il tarixli 14493371 nömrəli ödəniş tapşırığı nəzərə alınmaqla 12839.17 manat əsas, 797.48 manat faiz borcu vardır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “İpoteka haqqında” AR-nın Qanunu: 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyun 2019-cu il tarixli **-NF-***8 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Zamin və Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli 11-NFİ-0178 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh Zamin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ümumi sahəsi 221.4 kv.m olan 555F saylı bağ evini ipoteka ilə yüklü etmişdir. 26 iyul 2019-cu il tarixli 11-NFİ-0178 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə üzrə ipoteka ilə təmin olunan öhdəliyin əmələ gəlməsi üçün əsas İddiaçı ASC-nin Nəsimi Filialı ilə fiziki şəxs sahibkar Cavabdeh arasında Bakı şəhərində bağlanmış 26 iyul 2019-cu il tarixli 1**-NF-***8 saylı müqavilədir. Mülki iş üzrə iddiaçının nümayəndəsinin izahatından, tədqiq edilmiş sübutlardan və “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəylərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixlərdə ödənilmiş məbləğ hər iki tarix üçün 20.000 manat qeyd olunmuşdur. Lakin hesabdan çıxarışdan görunur ki, həmin məbləğ ancaq xx.xx.2021-ci il tarixdə banka köçürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyu öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 26 iyul 2019-cu il tarixli 1**-NF-***8 saylı kredit müqaviləsi üzrə 29.651.62 manat əsas, 4493.53 manat faiz borcu, dəbbə pulu (cərimə) üzrə 1,476.48 (bir min dörd yüz yetmiş altı manat 48 qəpik) manat olmaqla, ümumilikdə 35621.63 manat tutularaq, iddiaçıya ödənilməlidir. Həmçinin 26 iyul 2019-cu il tarixli 114-NFİ-0178 №-li ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh əsas öhdəliyi icra etmədiyinə görə, cavabdeh Zamin məxsus Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 221.4 m kv.m olan 555F saylı bağ evinə tutma yönəldilməli, onun açıq hərracda satılması təmin edilməli və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 35621.63 manat məbləğində borc ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh Zamin məxsus 26 iyun 2019-cu il tarixli, 1**-NF-***8 № -li ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 221.4 m kv.m olan 555F saylı bağ evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmadığı təqdirdə məcburi boşaldılmalıdır. Bununla yanaşı məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi “illik 5% faiz hesablanmaqla 5972.68 azn pul vəsaitinin tutulması” hissəsində əsaslandırılmadığından təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu 211 manat; ekspertiza xərci 650 manat; Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün İddiaçı ASC tərəfindən ödənilmiş 211 manat dövlət rüsumunun 83%, yəni 175 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 17%, yəni 36 manat iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ekspertiza xərci kimi “Məhkəmə Ekspertiza Mərkəzi” 650 manat pul vəsaitinin 83%, yəni 540 manat Cavabdeh, qalan 17%, yəni 110 manat iddiaçı”AFB Bank” ASC-dən tutularaq “Məhkəmə Ekspertiza Mərkəzi”-nin X1 hesabına ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması və sair” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 29.651.62 manat əsas, 4493.53 manat faiz borcu, dəbbə pulu (cərimə) üzrə 1,476.48 (bir min dörd yüz yetmiş altı manat 48 qəpik) manat olmaqla, ümumilikdə 35621.63 (otuz beş min altı yüz iyirmi bir manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh Zamin məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ünvanında yerləşən, daşınmaz əmlakın ümumi sahəsi 221.4 m kv.m olan 555F saylı bağ evinə tutma yönəldilsin, həmin evin likvid dəyəri 140000 manat müəyyən olunmaqla açıq hərracda satılması təmin edilsin və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 35621.63 manat məbləğində borc ödənilsin. Cavabdeh Zamin məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ünvanında yerləşən, daşınmaz əmlakın ümumi sahəsi 221.4 m kv.m olan 555F saylı bağ evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətində boşaldılsın. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 211 manat dövlət rüsumunun 83%, yəni 175 manat Cavabdeh tutularaq, iddiaçıya ödənilsin, qalan 17%, yəni 36 manat iddiaçıya aid edilsin. İddia qismən təmin edildiyi üçün ekspertiza xərci kimi “Məhkəmə Ekspertiza Mərkəzi” 650 manat pul vəsaitinin 83%, yəni 540 manat Cavabdeh, qalan 17%, yəni 110 manat iddiaçı”AFB Bank” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver