Məhkəmə qərarları › İş №e-2(011)-7047/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7047/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7047/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 565,8 manat əsas, 84,8 manat cərimə, cəmi 650,6 manat borc, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 320,3 manat əsas, 48 manat cərimə, cəmi 368,3 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 886,1 manat əsas, 132,8 manat cərimə, cəmi 1018,9 manat borcun və 30,19 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı HONOR Pad 8 6GB/128GB Blue Honor markalı mobil telefon və XM Trimmer Panasonic ER-GB40A520 (İRK126149) markalı elektrik ülgücə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 72 manat olmaqla cəmi 854,68 manat, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 412,30 manat ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödənişi gecikdirmiş və ********* saylı müqavilə üzrə 565,80 manat, ********* saylı müqavilə üzrə 320,30 manat əsas borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu ********* saylı müqavilə üzrə 84,8 manat, ********* saylı müqavilə üzrə isə 48 manat təşkil edir, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı ********* saylı müqavilə üzrə 848,0 manat, ********* saylı müqavilə üzrə 480,0 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 84,80 və 48 manat İddiaçı MMC-yə ödənilməlidir, cavabdehin xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nə olan borcu hər iki müqavilə üzrə 886,1 manat əsas, 132,8 manat cərimə olmaqla, cəmi 1018,9 manat təşkil etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Müddətli (Nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, satıcı əşyanı alıcıya müəyyən müddətə ödəmək şərti ilə satmış, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərə və qaydada əmlakı qəbul etməyi və borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, HONOR Pad 8 6GB/128GB Blue Honor markalı mobil telefon və XM Trimmer Panasonic ER-GB40A520 (İRK126149) markalı elektrik ülgücə dair müqavilə üzrə ilkin ödəniş 0,30 manat, müqavilə üzrə borc 854,68 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 72 manatdır. Məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh malı təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Samsung A135 Light Blue markalı telefona dair müqavilə üzrə ilkin ödəniş 0,50 manat, müqavilə üzrə borc 412,39 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 23 manatdır. Məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh malı təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh qalıq borc 854,68 AZN, müddət 12 ay, aylıq ödəniş 72 manat olmaqla HONOR Pad 8 6GB/128GB Blue Honor markalı mobil telefon satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh qalıq borc 412,39 AZN, müddət 18 ay, aylıq ödəniş 23 manat olmaqla Samsung A135 Light Blue markalı mobil telefon satılmış, hər gecikən günə ödəniş məbləğinin 1% dəyərində cərimə (minimum 50 qəpik) əlavə olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışın”dan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, əsas borc qalığı 565,8 manat, gecikdirilən günlərin sayı 272 gün, cərimə borcu 849,0 manat olmaqla, cəmi borcu 1413,80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışın”dan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, əsas borc qalığı 320,3 manat, gecikdirilən günlərin sayı 210 gün, cərimə borcu 480,0 manat olmaqla, cəmi borcu 800,30 manat təşkil edir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilə üzrə borcunu ödəməsi ilə əlaqədar xəbərdarlıq məktubu göndərilmiş, məktub cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır. İş materiallarında olan Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 30,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən, sonuncuya 12 və 18 ay müddətinə aylıq 72 və 23 manat ödəmək şərti ilə HONOR Pad 8 6GB/128GB Blue Honor markalı mobil telefon və XM Trimmer Panasonic ER-GB40A520 (İRK126149) markalı elektrik ülgüc, həmçinin Samsung A135 Light Blue markalı telefon satılmışdır, iddiaçı öz öhdəliyini yerinə yetirmiş, məhsullar cavabdehə təhvil verilmişdir, R.Rəhimli isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilələrin şərtlərini pozmuş, nəticədə iddiaçıya əsas və cərimə borcu yaranmışdır, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 886,1 manat əsas, 132,8 manat cərimə, cəmi 1018,9 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 565,8 manat əsas, 84,8 manat cərimə, cəmi 650,6 manat; xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 320,3 manat əsas, 48 manat cərimə, cəmi 368,3 manat, ümumilikdə hər iki müqavilə üzrə 886,1 manat əsas, 132,8 manat cərimə olmaqla, cəmi 1018 (min on səkkiz) manat 90 (doxsan) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 19 (on doqquz) qəpik alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar