Məhkəmə qərarları › İş №e-2(011)-7052/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7052/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7052/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı “pul” barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh Zərbəlı qızından iddiaçının xeyrinə 4700 AZN əsas, 521,36 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5221,36 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 72,22 AZN məbləğində pul vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. CMS – “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsindəki vərəsəlik işinin açılıb-açılmaması barədə elektron xidmətlədən görünür ki, Cavabdeh ölümündən sonra vərəsəlik işi aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, məhkəmə iş üzrə icraata xitam verir. Qeyd edilən müddəaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mülki iş üzə iddiaçı tərəfindən verilmiş iddianın tərəflərindən biri olan şəxs öldüyündən və onun ölümündən sonra hazırkı tarixə vərəsəlik işi açılmadığından iddia qanunun analogiyası tətbiq edilərək, icraata xitam verilmə əsaslarına dair normalar tətbiq edilməklə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı “pul” tələbi barəsində iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC-nin tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 72.22 (yetmiş iki manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar