Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7084/2025 05.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı Cavabdeh qarşı “qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi” tələbi barədə kiçik iddiaya dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi” tələbi barədə kiçik iddiaya dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9205/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 04 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi bir uşağa görə tutulan sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Cavabdeh ərizəçinin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,47 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kiçik iddiaya dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-4.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 153.2ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 2025-ci il üzrə minimum əmək haqqının 400 manat müəyyən edilməsinə əsaslanaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin indeksasiya olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud tələbə kiçik iddia ilə bağlı sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarının icrası (icra icraatı) qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı alimintin tutulması ilə bağlı qüvvədə olan sonuncu qətnaməni qəbul etmiş məhkəməyə həmin məhkəmənin öz qətnaməsi ilə tutulan alimentin indeksasiyası tələbi ilə müraciət edə bilər. Başqa sözlə, iddiaçı hal hazırda qüvvədə olan və icrası həyata keçirilən Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsinin indeksasiya olunması məqsədilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi” tələbi barədə kiçik iddiaya dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya alimentin məbləğinin indeksasiya edilməsi baradə məhkəmə qətnməsinin icrası (icra icraatı) qaydasında, həmin qətnaməni qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-7084/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7084/2025
05.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver