Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7089/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq üçün 3904.76 manat ödənilməmiş hissə, 777.24 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu üçün 1578.67 manat ödənilməmiş hissə, 352.33 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon üçün 787.84 manat ödənilməmiş hissə, 214.16 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq üçün 406.48 manat ödənilməmiş hissə, 123.52 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet üçün 323.48 manat ödənilməmiş hissə, 96.52 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC üçün 202.15 manat ödənilməmiş hissə, 80.85 manat dəbbə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASE üçün 111.73 manat ödənilməmiş hissə, 33.27 manat dəbbə borcu; Ümumilikdə 8993 manat borc, 109.93 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq, PLAYSTATİON 5, PS5 oyun pultu , İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq, İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet, İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC, İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASE almış və nəticədə 8993 (səkkiz min doqquz yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4406.32 (dörd min dörd yüz altı manat otuz iki qəpik) manat (18 ay x 216.94 manat + 501.4 manat ilkin ödəniş) olan İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq üçün ümumilikdə, 4682 (dörd min alt yüz səksən iki) manat olmaqla ondan, 3904.76 (üç min doqquz yüz yetmiş dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 777.24 (yeddi yüz yetmiş yeddi manat iyirmi dörd qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1776.96 (min yeddi yüz yetmiş altı manat doxsan altı qəpik) manat (18 ay x 98.72 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, PS5 oyun pultu üçün ümumilikdə, 1931 (bir min doqquz yüz otuz bir) manat olmaqla ondan, 1578.67 (min beş yüz yetmiş səkkiz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 352.33 (üç yüz əlli iki manat otuz üç qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1181.88 (min yüz səksən bir manat səksən səkkiz qəpik) manat (18 ay x 65.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon üçün ümumilikdə, 1002 (min iki) manat olmaqla ondan, 787.84 (yeddi yüz səksən yeddi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 214.16 (iki yüz on dörd manat on altı qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492 (dörd yüz doxsan iki) manat (12 ay x 41 manat + 0 manat ilkin ödəniş) olan PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq üçün ümumilikdə 530 (beş yüz otuz) manat olmaqla ondan, 406.48 (dörd yüz altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 123.52 (yüz iyirmi üç manat əlli iki qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1166.04 (min yüz altmış altı manat dörd qəpik) manat (18 ay x 64.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet üçün ümumilikdə 420 (dörd yüz iyirmi) manat olmaqla ondan, 323.48 (üç yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 96.52 (doxsan altı manat əlli iki qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1221.48 (min iki yüz iyirmi bir manat qırx səkkiz qəpik) manat (18 ay x 67.86 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC üçün ümumilikdə 283 (iki yüz səksən üç) manat olmaqla ondan, 202.15 (iki yüz iki manat on beş qəpik) manat ödənilməmiş hissə, 80.85 (səksən manat səksən beş qəpik) manat dəbbə Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 670.86 (altı yüz yetmiş manat səksən altı qəpik) manat (18 ay x 37.27 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASüçEün ümumilikdə 145 (yüz qırx beş) manat olmaqla ondan, 111.73 (yüz on bir manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 33.27 (otuz üç manat iyirmi yeddi qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3600.43 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Bununla belə iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 04801497 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASE müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASE Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03934639 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", PLAYSTATİON 5, PS5 oyun pultu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki PLAYSTATİON 5, PS5 oyun pultu Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02093454 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03924890 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10791743 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 04801039 saylı Müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən "xxxx", İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ödəniş cədvəlinə əlavə”nin surətindən görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq üçün 3904,76 ödənilməmiş hissə, 777,24 manat dəbbə olmaqla, 4682 manat; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu üçün, 1578,67 manat ödənilməmiş hissə, 352,33 manat dəbbə pulu olmaqla, 1931 manat; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon üçün 787,84 ödənilməmiş hissə, 214,16 manat dəbbə olmaqla, 1002 manat; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon üçün 787,84 ödənilməmiş hissə, 214,16 manat dəbbə olmaqla, 1002 manat; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq üçün 406,48 ödənilməmiş hissə, 123,52 manat dəbbə olmaqla, 530 manat; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet üçün 323,48 ödənilməmiş hissə, 96,52 manat dəbbə olmaqla, 420 manat; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC üçün 202,15 ödənilməmiş hissə, 80,85 manat dəbbə olmaqla, 283 manat; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASE üçün ödənilməmiş hissə, 111,73 manat dəbbə olmaqla, 145 manat; müqavilələr üzrə cəmi, 7315,11 manat ödənilməmiş borc, 1677,89 manat dəbbə pulu təşkil edir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcunu ödəməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərmiş, cavabdehdən borcunu 3 (üç) gün ərzində ödəməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 109,93 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli tarixli müqavilələr bağlanmış, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq, PLAYSTATİON 5, PS5 oyun pultu , İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq, İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet, İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC, İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASE adlı əşyaları alıcıya təhvil vermiş, alıcı isə ödəniş cədvəli ilə müəyyən olunmuş ödənişləri yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə iddiaçıya olan borcu 7315,11 manat ödənilməmiş hissə təşkil edir, iddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 500 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78042 İPHONE 14 PRO MAX markalı telefon, İPHONE 14 PRO MAX CLEAR CASE , 5D GLASS, AİWA qulaqlıq; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5, PS5 oyun pultu üçün; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********50025 XİAOMİ POCO X5 PRO markalı telefon üçün; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PS5 DUALSENSE CHARGİNG STATİON, PS5 PULSE 3D WİRELESS qulaqlıq, LOGİTECH qulaqlıq üçün; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod SK9DPQDR4XD İPAD 9 markalı planşet üçün; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********12621 XİAOMİ REDMİ NOTE 10S markalı telefon, TOZSORAN PANASONİC üçün; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********41855 SAMSUNG GALAXY A32 markalı telefon, 4D GLASS, AKAMİ CLEAR CASE üçün 7315,11 manat ödənilməmiş hissə, 500 manat cərimə borcu olmaqla, ümumilikdə 7815,11 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilən hissəsi (7815,11 manat) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 98,15 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 7315,11 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla, ümumilikdə 7815 (yeddi min səkkiz yüz on beş) manat 11 (on bir) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98 (doxsan səkkiz) manat 15 (on beş) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7089/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7089/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver