Məhkəmə qərarları › İş №e-2(011)-7093/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7093/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7093/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 aprel 2022-ci il tarixli, NZKRK-02537 saylı "Kartmane" kredit kart müqaviləsi üzrə əsas borcuna görə 299,89 (iki yüz doxsan doqquz manat səksən doqquz qəpik) manat, faiz borcuna görə 29,56 (iyirmi doqquz manat əlli altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 329,45 (üç yüz iyirmi doqquz manat qırx beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2022-ci il tarixli, NZKRK-02537 saylı "Kartmane" kredit kart müqaviləsinə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 300 (üç yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 22 Aprel 2022-ci il tarixli, NZKRK-02537 saylı "Kartmane" kredit kart müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 aprel 2022-ci il tarixli, NZKRK-02537 saylı "Kartmane" kredit kart müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 22-dan gec olmayaraq hər ay 16,02 (on altı manat iki qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 22 aprel 2022-ci il tarixli, NZKRK-02537 saylı "Kartmane" kredit kart müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 299,89 (iki yüz doxsan doqquz manat səksən doqquz qəpik) manat, faiz borcuna görə 29,56 (iyirmi doqquz manat əlli altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 329,45 (üç yüz iyirmi doqquz manat qırx beş qəpik) manat təşkil edir Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank (İddiaçı ASC) ilə Müştəri (Cavabdeh) arasında xx.xx.2022-ci il tarixdə razılaşma bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən illik faiz dərəcəsi 25% оlmaqla, 48 ay müddətinə 300 manat kredit verilmişdir. Həmin razılaşmanın 2.1-ci maddəsinə əsasən tərəflər “E-Bankçılıq” xidmətlərindən, Kartmane kartının əldə edilməsilə və istifadəsi ilə bağlı tərəflər arasında yaranan münasibətlər Müqavilə (bu Əsas Şərtlər, X2 və Müqavilənin digər ayrılmaz tərkib hissələri də daxil olmaqla) ilə tənzimləndiyini təsdiq etmişdirlər. Müştəri İddiaçı ASC-də xx.xx.2022-ci ildə təsdiq edilmiş Müqavilənin hazırkı tarixə qüvvədə olan və X1 dərc olunan Ümumi Şərtləri yüklədiyini, həmin Şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RB-02/PK-3375 saylı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci tarixli, NZKRK-02537 saylı kredit müqaviləsi üzrə 299,89 manat əsas, 29,56 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 329,45 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya bildirişindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcunun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 299,89 manat əsas borc və 29,56 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, NZKRK- 02537 saylı kredit müqaviləsinə əsasən 299,89 (iki yüz doxsan doqquz manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 29,56 (iyirmi doqquz manat əlli altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 329,45 (üç yüz iyirmi doqquz manat qırx beş qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar