Məhkəmə qərarları › İş №e-2(011)-7168/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7168/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7168/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı ASC ilə bağladığı xx.xx.2021il tarixli kredit limiti müqaviləsinə əsasən cavabdeh bankdan xx.xx.2026 ilədək qaytarmaq və illik 18 % ödəmək şərti ilə xx.xx.2022 ildə aldığı 27000 AZN krediti və ondan istifadəyə görə faizləri hər təqvim ayının 16-dək aylıq ödəniş 793.29 manat olmaqla Banka ödəməli olduğu halda öhdəliyini pozaraq, onu vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Banka olan borcun məbləği: a) əsas borc üzrə 23262,57 manat; b) faizlər üzrə 1476,72 manat; c) cərimə üzrə 87,56 manat olmaqla, cəmi 24826,85 manat təşkil edir.

İddiaçının tələbi:

2. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23262.57AZN əsas borc, 1476.72 AZN faiz borcu, 87.56 AZN cərimə və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 164.48 AZN pulun tutulması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz izahatında qeyd etmişdir ki, tərəflər arasında razılıq əldə olunmuş və barışıq sazişi bağlanmış, barışıq sazişi məhkəməyə təqdim edilmişdir.

4. Cavabdeh öz izahatında qeyd etmişdir ki, çox kredit əldə etmiş, sonuncu krediti götürdükdən sonra işdən çıxdığı üçün ödəniş edə bilməmişdir.

5.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi:

6. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəfin izahatlarını məcmu halında qiymətləndirərək və ərizəni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPMnin 261.0.5-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.

7. Belə ki, mülki iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında razılıq əldə edilmiş və barışıq sazişi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, məhkəmədən mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmiş, həmçinin, barışıq sazişi məhkəməyə təqdim edilmişdir.

8. Qeyd edilənlərə əsasən, tərəflər arasında mübahisə üzrə barışıq sazişi bağlanaraq məhkəməyə təqdim edildiyindən və barışıq sazişinin şərtlərinin tərəflərin hüquqlarının pozması halları aşkar edilmədiyindən mülki iş üzrə icraata xitam verilməlidir.

9. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

10. Mülki iş üzrə icraata xitam verildiyindən iddiaçı Bank Respublika” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 164,48 manat dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.

2. İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 164,48 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar