Məhkəmə qərarları › İş №e-2(011)-72/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-72/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-72/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Əbilova Münəvvər Üzeyir qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyan ödənilməsi tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" X5 Cavabdeh qarşı – "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 3365.34 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “X10 minik” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Çuqun altlıqlı T13 9,5 m-lik” 2 çıraqlı işıq dirəyini sıradan çıxararaq müəssisəyə 5089 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “X10 minik” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 bank hesabına 1723.66 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı hesab edir ki, qanuni və əsaslı olduğundan xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 5089 manat məbləğində maddi ziyandan qalıq olarq qalan 3365.34 manat hissəsi cavabdehdən tutularaq "xxxx" X6 ödənilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkli X4 məhkəmə iclasında iddianı müdafiə edərək, mülki iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2024-cü il tarixli ekspert rəyinin qanunsuz və əsassız olduğundan nəzərə alınmamasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, PBA-1163/22 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X2 təqdim etdiyi qüsur aktına əsasən zərərlə bağlı maddi ziyanı ümumi məbləğinin 34,47%-i yəni 1723,66 manat məbləği tərəflərindən "xxxx" X3 ödənilmişdir. İş materiallarında olan, "xxxx" EŞM tərəfindən "xxxx" ASC –yə yönəldilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıq dirəyi vurulmuş və müəssisəyə 5089 manat maddi ziyan dəydiyini bildirmiş və müəssənin bank hesabına köçürülməsini xahiş etmişlər. İş materiallarında "xxxx" EŞM-nin baş mühəndisi A.Paşayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində xx.xx.2022-ci il tarixdə “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən müəssəyə məxsus çuqun altlıqlı dirək vurulmuş, köhnəlmə dərəcəsi 5089 manat təşkil etmişdir. İş materiallarında olan, "xxxx" EŞM-nin direktoru E.İ.Eldarov tərəfindən təsdiq edilmiş Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində xx.xx.2022-ci il tarixdə “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş işıq dirəyininn bərpasına sərf olunan xərclərin smetasından görünür ki, ümumi məbləğ 5089 manat göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər DYPİ polis mayoru X7 tərəfindən Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1723,66 manat məbləğində sığorta ödənişi "xxxx" EŞM-nin AZ931BAZ******************** saylı hesabına ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2017/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/2126 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan, "xxxx" EŞM tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1 ədəd “Çuqun altlıqlı T13 9,5 mlik” 2 tipli işıq dirəyinə dəyən zərərin məbləği 6383,90 manat müəyyən olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2017/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə təkrar-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/9834 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan, "xxxx" EŞM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1 ədəd 2007-cil buraxılışlı “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” ilkin balans dəyəri 6383,90 manat olan işıq dirəyinin 15 illik istismarına təxminən 60% (15 il x 4%) amortizasiya aşınması müəyyən olunur, həmin aşınma tətbiq edilməklə qeyd edilən “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” işıq dirəyinin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği təxminən 3461 manat müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyə hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində idarə etdiyi “Hyundai” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" X2 balansında olan 1 ədəd işıq dirəyini vurub sıradan çıxarmış və onun Azərbaycan Respublikası İXM–də nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qərar qəbul edilmiş və protokol tərtib edilmişdir. Bundan başqa mülki işdə olan sübutlarla, yəni "xxxx" X5 tərəfindən verilmiş Smeta ilə təsdiq edilmişdir ki, "xxxx" X3 məxsus işıq dirəyinin bərpa edilməsi məqsədilə 5089 manat məbləğində iddiaçıya ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olsa da iddia tələbi dəymiş zərərin 3365.34 manat olması hissəsində qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9834 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan, "xxxx" EŞM tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsində baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 1 ədəd 2007-cil buraxılışlı “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” ilkin balans dəyəri 6383,90 manat olan işıq dirəyinin 15 illik istismarına təxminən 60% (15 il x 4%) amortizasiya aşınması müəyyən olunur, həmin aşınma tətbiq edilməklə qeyd edilən “Çuqun altlıqlı T13 9,5 mlik 2 çıraqlı” işıq dirəyinin zədələnməsi nəticəsində dəymiş ziyanın məbləği təxminən 3461 manat müəyyən olunmuşdur. İş materiallarında olan, PBA-1163/22 nömrəli sığorta ödəniş aktından görünür ki, "xxxx" ASC tərəfindən 1723,66 manat sığorta ödənişi olunmuşdur. Odur ki, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, Cavabdeh 1737,34 (3461-1723,66= 1737,34) manat pul vəsaiti tutularaq "xxxx" X3 ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1737,34 (min yeddi yüz otuz yeddi manat, otuz dörd qəpik) manat dəymiş ziyan tutularaq iddiaçı "xxxx" X3 ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar