Məhkəmə qərarları › İş №e-2(011)-7200/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7200/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7200/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiaya dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X15 müqaviləsinə əsasən, 2.99 manat əsas və 0.43 manat faiz borcu olmaqla, cəmi 3.42 manat və xx.xx.2021-ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən, 2534.17 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 2534.18 manat, ümumilikdə 2537.6 manat pul vəsaitinin, həmçinin ödənilmiş 45.38 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qara Cəbrayılov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X15 müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı Kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №368684 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, D-175/14 saylı məktubuna əsasən X3 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X15 müqaviləsi üzrə ödənilməmiş 2.99 manat əsas və 0.43 manat faiz borcu qalmışdır. Həmçinin, Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2024-cü ilədək Banka xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 2534.17 manat əsas və 0.01 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2- 22/2-27528/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. X12 iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum bacısından ancaq onun iş yerindən ölümü ilə əlaqədar verilmiş bacısının əmək haqqının 3 misli məbləğində pul vəsaiti qalmışdır, həmin vəsait də mərhum bacısının vəfatı ilə əlaqədar xərclənmişdir, mərhum bacısından başqa heç bir vəsait qalmamışdır, onun özünün də borcu ödəmək üçün imkanı yoxdur, bacısının götürdüyü kreditdən xəbəri olmayıb. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, X8 ilə "xxxx" ASC arasında bağlanmış BPM**********75 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank borcalana 48 ay müddətinə 5000 manat məbləğində, kreditdən istifadəyə görə illik 19% ödəmək şərtilə kredit verməyi, borc alan krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Maliyyə Arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 2534,17 manat, 0,01 manat faiz borcu olmaqla, cəmi 2534,18 manat borcu olmuşdur. İş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X3 vərəsəsi qardaşı Cavabdeh ərizəsinə əsasən notariat ofisində xx.xx.2023-cü il tarixdə V- 133 reyestr nömrə ilə vərəsəlik işi açılmışdır. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan ərizələrin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X3 iş yerindən almadığı pul məbləği ondan irs qalmış mirası qəbul etdiyini bildirmiş, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı X1 irs qalmış bütün mirasın oan çatası hissəsindən qardaşı Cavabdeh xeyrinə imtina etdiyini bildirmişdir. İş materiallarında olan Sosial Xidmətlər Agentliyinin 1 saylı Psixonevroloji Sosail Xidmət X9 Şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-3/-xx/xx/2024 nömrəli məktubundan görünür ki, müəssisənin işçisi mərhum X3 orta aylıq əmək haqqının üç misli miqdarıda müavinat xx.xx.2023-cü il tarixində 1229,27 manat (min iki yüz iyirmi doqquz manat, 27 qəpik) məbləği vərəsəsi Cavabdeh bank hesabına köçürülmüşdür, mərhuma məxsus heç bir əlavə ödəniş edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən X4 vərəsəsi Cavabdeh banka olan kredit müqaviləsi üzrə öhdəliyini tam yerinə yetirməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 45,38 manat dövlət rüsumu ödənilmişdir, bank xidmət haqqı 0,40 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 19 faiz olmaqla 48 ay müddətinə, 5000 manat kredit verilməsi barədə "xxxx" ASC və mərhum X6 arasında BPM**********75 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, bank müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmiş, müqavilə üzrə müəyyən edilmiş məbləği mərhum X5 vermişdir, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, miras əmlak müəyyən olunmamış və cavabdehə qanun üzrə vərəsəlik hüququ qeydə alınmamışdırr, mərhum Elnurə Tağıyevanın orta aylıq əmək haqqının üç misli miqdarında müavinat 1229,27 manat məbləği vərəsəsi kimi Cavabdeh bank hesabına köçürülmüşdür. Bununla belə, cavabdeh tərəfindən üç misli miqdarında müavinatdən başqa hər hansı əmlakı vərəsəlik qaydasında qəbul etməsi halı müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən bu öhdəliklər miras qoyandan miras kimi əmlak qəbul etmiş vərəsələri tərəfindən icra edilməlidir, lakin bu zaman vərəslik institutunun xarakteri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Belə olan halda məhkəmə hesab edir ki, işçinin vəfatı ilə əlaqədar işəgötürən tərəfindən onun ailə üzvlərinə ödənilən müavinət mərhumun ölümündən sonra və məhz ölümü ilə bağlı ödənilən vəsait olduğundan mərhumun sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri hesab edilmədiyindən və miras əmlak sayılmadığından iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. Həmin Qərardakı hüquqi mövqeyə əsasən, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X15 müqaviləsinə əsasən, 2.99 manat əsas və 0.43 manat faiz borcu olmaqla, cəmi 3.42 manat və xx.xx.2021-ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən, 2534.17 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 2534.18 manat, ümumilikdə 2537.6 manat pul vəsaitinin, həmçinin ödənilmiş 45.38 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması” barədə tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: "xxxx" ASC-nin Cavabdeh qarşı “X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********75 saylı X15 müqaviləsinə əsasən, 2.99 manat əsas və 0.43 manat faiz borcu olmaqla, cəmi 3.42 manat və xx.xx.2021-ci il tarixli, BPM**********75 nömrəli Kredit müqaviləsinə əsasən, 2534.17 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 2534.18 manat, ümumilikdə 2537.6 manat pul vəsaitinin, həmçinin ödənilmiş 45.38 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması” barədə tələbi rədd edilsin. "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar