Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7236/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-7236/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4na qarşı “müəlliflik hüququnun müdafiəsi, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X4 və cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil “mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi” barədə ərizələrlə məhkəməyə müraciət etmişdirlər Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-7236/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh X4 və cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barəsində ərizələri əsassız olduğundan təmin edilməmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7236/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadın ləğv olunması və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, iş üzrə sonrakı prosessual hərəkətlər edilməlidir. CMS “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı fiziki şəxsdir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmamışdır. CMS “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunan çıxarışlardan görünür ki, cavabdehlər X6 ********** nömrəli VÖEN –ilə, X4 ********** nömrəli VÖEN –ilə, X2 ********** nömrəli VÖEN –ilə və X3 ********** nömrəli VÖEN –ilə fəaliyyət göstərən fərdi sahibkarlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 19-cu bəndinə əsasən MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Baxılan iş üzrə iddia tələbi iddiaçının patent sahibi olduğu faydalı modeldən qanunsuz istifadə nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, habelə modeldən istifadənin cavabdehlərə qadağan edilməsi ilə bağlıdır, tələb şəxsi hüquqların müdafiəsindən irəli gəlmir. Göründüyü kimi, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı tələblərə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılır. Odur ki, şikayət təmin edilərək, qeyd edilən qərardad ləğv edilməli, mülki iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməldir. Azərbaycan Respublikası MPM-nin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
1. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7236/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayəti təmin edilsin.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7236/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin.
3. İddiaçı cavabdeh X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4na qarşı “müəlliflik hüququnun müdafiəsi, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-7236/2024
Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL
xx.xx.2024-cü il Bakı şəhəri
Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı,
Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-7236/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətə baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:30-da başlandı. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:45-də qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir.
Hakim Sahibə Hacıyeva